Ziyad Zərbaliyev

Ziyad Nəriman oğlu Zərbaliyev (19 may 2002; Şamaxı rayonu , Azərbaycan20 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Ziyad Zərbaliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şamaxı rayonu, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Şamaxı Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020 "Füzulinin azad olunmasına görə" medalı  — 2020

Həyatı

Ziyad Zərbaliyev 2002-ci il mayın 19-da Şamaxı şəhərində anadan olub.

2008-2017-ci illərdə S.M.Qənizadə adına 1 saylı Şamaxı şəhər tam orta məktəbində, 2017-2019-cu illərdə isə Şamaxı Dövlət Regional Kollecində təhsil alıb.

Subay idi.

Hərbi xidməti

Ziyad Zərbaliyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ziyad Zərbaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Ziyad Zərbaliyev oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.