Zahid Quliyev (dilçi)
Zahid İsfəndiyar oğlu Quliyev (21 dekabr 1936, Qubadlı – 18 fevral 2016, Bakı) — Dilçilik elimləri doktoru, professor.
Zahid İsfəndiyar oğlu Quliyev | |
---|---|
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Qubadlı rayonu |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() |
Elmi dərəcəsi | Dilçilik elimləri doktoru |
Elmi adı | Professor |
![]() |
Həyatı
Zahid Quliyev 21 dekabr 1936-cı ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Natamam orta təhsilini Mahmudlu kəndində, orta təhsilini isə Qubadlı qəsəbəsində alıb. 1959-cu ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun Alman dili fakültəsini bitirib. Əmək fəaliyyətinə Duvanlı qəsbəsindəki orta məktəbdən başlayıb. Əvvəl müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib.[1]
1962-ci ildə bitirdiyi İnstituta qayıdaraq əmək fəaliyyətini davam etdirib. Baş müəllim, dekan müavini, dekan və 10 il kafedra müdiri olub. 1990-cı ildən Azərbaycan Dillər Universitetinin Roma-German filologiyası fakültəsinin dekanı işləyib.
Zahid Quliyev 1973-cü ildə "Tədrisin ilk mərhələsində şagirdlərə almanca danışığın öyrədilməsi metodikası" mövzusunda namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 1991-ci ildə professor elmi dərəcəsi alıb.
Alimin elmi əsərlərinin sayı 40-dan çoxdur, 4 tədris kitabının müəllifidir.
Zahid Quliyev 10-dan çox dissertantın elmi rəhbəri olub.
18 fevral 2016-cı ildə vəfat edib.[2]
Ailəsi
İki oğlu var.
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevin və DİN-nın Tibb Komissiyasının rəisi Samır Quluyevin atasıdır.
İstinadlar
- "Zahid Quliyev — qubadli.sitecity.ru". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-21.
- "Ülvi Quliyev atasını itirdi". 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-19.