Leetspeak
Leetspeak — "elit danışıq". İngilis dilinin İnternetdə geniş yayılmış istifadə üslubu. Bu üslubda latın hərfləri bənzər rəqəmlər və simvollarla əvəzlənir, sürətli yazı zamanı xarakterik səhvlər, haker və geymerlərin jarqonu yamsılanır, sözlərə z0r şəkilçisi əlavə olunur. Əsasən yazılı şəkildə istifadə olunur, bəzi sözlərin (məsələn, pwn) müəyyən tələffüzü yoxdur.
Nümunələr
- 31337 (ing. elite) — elit
- hax0r (ing. hacker) — haker
- yus (ing. you use same) — xüsusi texnologiyadan istifadə etməklə bir şəxslə razılaşma
- n00b (ing. newbie, noob) — təcrübəsiz istifadəçi
- l4m3r (ing. lamer) — lamer
- bl (ing. bad luck) — uğursuzluq
- gl (ing. good luck) — uğurlar
- gg (ing. good game) — yaxşı oyun
- stfu (ing. shut the fuck up) — təhqir olaraq "səsini kəs"
- bb (ing. bye bye) — sağol
- wp (ing. well played) — yaxşı oynanılmış
- ty (ing. thank you) — təşəkkür
- tx (ing. thanx) — təşəkkür
- cu, cy (ing. see you) — görüşərik
- n1 (ing. nice one) — əla, gözəl iş
- idk (ing. i don't know) — bilmirəm
- idc (ing. i don't care) — Mənimçün fərqi yoxdur
- w8 (ing. wait) — gözləmə
- p1r8 (ing. pirate) — pirat
- 7R4C3 (ing. trace) — iz
- KKTHXBYE (ing. OK, thanks and good bye) — yaxşı, təşəkkür və hələlik
- bm (ing. bad manners) — pis davranışlar
- n/c (ing. no comments) — şərhsiz
- w/e (ing. whatever) — fərqi yoxdur
- ez (ing. easy) — asan
- m8 (ing. mate) — yoldaş
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.