Kişin Şinoyama

Kişin Şinoyama (篠山 紀信, Şinoyama Kişin, doğum adı Miçinobu Şinoyama; 3 dekabr 1940[1][2][…], Yodobaşi[d]4 yanvar 2024[3], Tokio[4])Yaponiya fotoqrafı. O, Con LennonYoko Ono üçün çəkdiyi fotolara görə tanınır. Yazıçı Yukio Mişima, müğənni Momoe Yamaquçi, aktrisa Rie Miyazava və kabuki aktyoru Bando Tamasaburo kimi müxtəlif tanınmış Yaponiya şəxslərinin fotolarını çəkmişdir.

Kişin Şinoyama
yap. 篠山 紀信
Doğum tarixi 3 dekabr 1940(1940-12-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 yanvar 2024(2024-01-04)[3] (83 yaşında)
Vəfat yeri
Uşağı 3[5]
Təhsili
  • Nihon Universiteti[d]
Fəaliyyəti fotoqraf
Fəaliyyət illəri 1961-ci ildən
shinoyamakishin.jp
shinoyama.cplaza.ne.jp/s…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

1940-cı ildə Tokio şəhərində doğulmuşdur. Nihon Universitetinin İncəsənət Kollecinin fotoqrafiya kursunda təhsil aldıqdan sonra fotoqraf kimi fəaliyyət göstərməyə başlamışdır. Reklam agentliklərinin birində işlədikdən sonra 1968-ci ildə frilanser fotoqraf olmuşdur. 1970-ci ildə Yukio Mişimanın istəyi ilə onun ölümündən öncə son fotolarını çəkmişdir.[6]

Con LennonYoko Ononun öpüşmə anını əks etdirən fotosu cütlüyün 1980-ci ildə buraxılmış "Double Fantasy" albomunun üz qapağı olmuşdur. Jurnallar, albomlar və foto antologiyaların üzlükləri üçün dövrünün bir çox ulduzunun fotoları çəkmişdir. 1970-ci illərdə ortaya çıxmış "qekişa" (risk fotoqrafiyası) terminin müəllifi olmuşdur. Şinoyama "şinorama" adlı foto çəkmə metodunu yaratmışdır. Bu metod əlaqələnmiş bir neçə kameranın eyni anda foto çəkməsindən ibarətdir.[6]

Şinoyama 1960-cı illərdən etibarən nü fotoqrafiya ilə də məşğul olmuşdur: aktrisalar Rie MiyazavaKanako Hiquçini əks etdirən fotokolleksiyası 1991-ci ildə buraxılmış və populyar olaraq 1,65 milyon nüsxəsi satmışdır. Lakin Şinoyamanın çılpaq qadınların fotolarını çəkməsi Yaponiyada bəzi mübahisələrə səbəb olmuşdur. Tokio qəbiristanlıqlarının birində bir qadının çılpaq fotosunu çəkdiyi üçün 2010-cu ildə Tokio məhkəməsinin qərarı ilə təzminat ödəməyə məcbur olmuşdur.[6]

Şinoyama məşhurların fotoları çəkməsinə görə tanınsa da, siravi şəxslərin də fotolarını çəkmiş, memarlıq və şəhər mənzərəsi fotoqrafiyası ilə məşğul olmuşdur. 2011-ci ildə baş vermiş Tohoku zəlzələsinin qurbanlarının, eləcə də, hadisə nəticəsində zərər görmüş Fukuşima-1 AES-in fotolarını çəkmişdir.[6]

2012–2019-cu illərdə Şinoyamanın Yaponiyadakı fotosərgilərini 1 milyona yaxın şəxs ziyarət etmşdir. 2021-ci ildə Tokio Fotoqrafik İncəsənət Muzeyində Şinoyamanın işlərini əks etdirən böyük sərgi keçirilmişdir.[6]

Şəxsi həyatı

Şinoyama keçmiş müğənni Saori Minami ilə evli olmuşdur. Onların ikinci oğlu Akinobu Şinoyama aktyordur.[6]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.