Kənan Seyidov

Kənan Əlihüseyn oğlu Seyidov (23 dekabr 1974, 1 May, İmişli rayonu) — Azərbaycan Ordusunun general-mayoru və Xüsusi Təyinatlı Qüvvələrinin sabiq komandan müavini, 5-ci Ordu Korpusunun komandiri,[1] İkinci Qarabağ müharibəsinin Komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı.

Kənan Seyidov
Şəxsi məlumatlar
Doğum tarixi 23 dekabr 1974(1974-12-23) (49 yaş)
Doğum yeri Bəhrəmtəpə, İmişli rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1991 —
Rütbəsi
General-mayor
Döyüşlər Birinci Qarabağ müharibəsi
Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
  Cəbrayılın azad edilməsi
  Füzulinin azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı  — 2020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı"Azərbaycan Bayrağı" ordeni  — 2003 "Vətən uğrunda" medalı  — 2014 "İgidliyə görə" medalı  — 2016 "Cəbrayılın azad olunmasına görə" medalı  — 2020 "Füzulinin azad olunmasına görə" medalı  — 2020 "Şuşanın azad olunmasına görə" medalı  — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı

Kənan Seyidov İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.

Hərbi xidməti

Kapitan Kənan Seyidov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[2]

Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2014-cü il tarixli 575 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[3]

Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.[4]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.[5]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.