Gündönümü
Yay gündönümü
Günəşin ekliptikada 22 iyundakı vəziyyətidir. Bu zaman Günəş ekvatordan şimala doğru ən çox meyil edir (Günəşin meyli 23,5°-yə bərabər olur). Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecə olur. Yay gündönümdən sonra Günəş illik hərəkətində göy qübbəsi üzrə yenə ekvatora yaxınlaşır, payız gecə-gündüz bərabərliyində isə ona çatır.
Qış gündönümü
Günəşin ekliptikada 22 dekabr vəziyyətidir. Bu zaman Günəş ekvatordan cənuba doğru ən çox meyil edir (Günəşin meyli 23,5°-yə bərabər olur). Cənub yarımkürəsində ən uzun gündüz və ən qısa gecə olur. Qış gündönümdən sonra Günəş illik hərəkətində göy qübbəsi üzrə yenə ekvatora yaxınlaşır, yaz gecə-gündüz bərabərliyində isə ona çatır.[1]
Həmçinin bax
- Qış fəsili
İstinadlar
- Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.