Fəxrəddin Təhməzov

Fəxrəddin Təhməzov (10 yanvar 1951, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri (1992-1993).

Fəxrəddin Təhməzov
Fəxrəddin Ayət oğlu Təhməzov
17 may 1992 iyun 1993
Əvvəlkiİlhüseyn Hüseynov
SonrakıNəriman İmranov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Salyan rayonu, Qaraçala, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti məmur
Rütbəsi General-mayor

Həyatı

Fəxrəddin Ayət oğlu Təhməzov 1951-ci il yanvar ayının 10-da Salyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olmuşdur.

1968-ci ildə Əli-Bayramlı şəhərində (İndiki Şirvan şəhəri) orta məktəbi, 1973-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat İnstitutunu bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə müəllim işləmişdir.

Həqiqi hərbi xidmətə çağırılan F.Təhməzov 1975-ci ildə xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirmişdir.

1975-1977-ci illərdə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil almış, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqust ayından 1990-cı ilin iyun ayına qədər Azərbaycan Respublikasının DTK-nın mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət göstərmişdir.

1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına qədər MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər və dəmir yol stansiyası şöbəsinin rəis müavini, 1992-ci ilin yanvar ayından Azərbaycan Respublikasının MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışmışdır.

F.Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunmuş və həmin ayın 23-də general-mayor rütbəsi almışdır.

F.Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilmişdir. Həmin ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə qısa müddətli həbs cəzası almışdır.[1][2]

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.