Fərid Əsgərov

Fərid Əsgərov (21 may 1996, Qaçaqkənd, Neftçala rayonu4 noyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.

Fərid Əsgərov
Fərid Ərəstun oğlu Əsgərov
Şəxsi məlumatlar
Doğum tarixi 21 may 1996(1996-05-21)
Doğum yeri
Vəfat tarixi 4 noyabr 2020(2020-11-04) (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Ərəstun Əsgərov
Anası İlkanə Əsgərova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 2017–2018
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi (2020)
  Cəbrayılın azad edilməsi
  Zəngilanın azad edilməsi
  Füzulinin azad edilməsi
  Qubadlının azad edilməsi
Təltifləri "Cəbrayılın azad olunmasına görə" medalı  — 2020 "Qubadlının azad olunmasına görə" medalı  — 2020 "Vətən uğrunda" medalı  — 2020

Həyatı

Fərid Əsgərov 21 may 1996-cı il tarixində Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olmuşdur. 2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildə Lənkəran şəhər 6 saylı liseydə 6-cı sinfə başlamış və 2012-ci ildə həmin liseyin məzunu olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olaraq təhsilini davam etdirmişdir. Fərid 2017-ci ildə Lənkəran Dövlət Universitetinin məzunu olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində mühafizə idarəsində işləmişdir.

Hərbi xidməti

Fərid Əsgərov 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətini Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2018-ci ildə xidmətini başa vurmuşdur. Fərid AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılmışdır. 3 oktyabr 2020-ci il tarixində döyüşlərə qatılmışdır. Füzuli, Cəbrayıl, ZəngilanQubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fərid Əsgərov 4 noyabr 2020-ci il tarixində Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Fərid Əsgərov Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunmuşdur.[1]

Təltiflər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.