Elçin Hüseynov (əsgər, 1973)
Еlçin Əlif oğlu Hüseynov (19 fevral 1973, Yeni Daşkənd, Bərdə rayonu – 24 aprel 1994, Ağdərə rayonu) — Azərbaycan torpaqlarının bütövlüyü uğrunda Ermənistanın işğalçı ordusuna qarşı döyüşdə şəhid olmuşdur.[1]
Hüsеynоv Еlçin | |
---|---|
Еlçin Əlif оğlu Hüseynov | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 fevral 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 24 aprel 1994 (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Hüsеynоv Əlif Hüseyn оğlu |
Anası | Hüsеynоva Həlimə Tağı qızı |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1992-1994 |
Rütbəsi | əsgər |
Döyüşlər |
Həyatı
Hüseynov Elçin Əlif oğlu 19 fevral 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1980-ci ildə Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir.[2]
16 aprel 1992-ci ildə Bərdə RHK tərəfindən Milli Orduya çağırılmışdır. N saylı hərbi hissənin kəşfiyyatçısı olmuşdur.[3]
Sıravi əsgər Elçin Hüseynov 24 aprel 1994-cü ildə Ağdərə bölgəsində döyüş zamanı şəhid olmuş, 26 apreldə Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.[4]
Elçin Hüseynov 30 oktyabr 1993-cü ildə ailə həyatı qurmuşdur. Övladı olmamışdır.[5][6]
Xatirəsi
EL TV "Əsgər" verilişinin 2015-ci il tarixli "Qarabağ şəhidləri" rubrikasında Elçin Hüseynovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.
19 fevral 2023-cü ildə Yeni Daşkənd kəndində 50 illik yubileyi qeyd olunmuşdur.
İstinadlar
- Mir Cəfər. Bərdə şəhidləri Arxivləşdirilib 2023-06-27 at the Wayback Machine. Bakı, Sabah, 2005. səh. 213–214
- Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 266. ISBN 978-9952-568-22-6.
- "Azərbaycan Respublikası Xatirə Kitabı", V cild, H hərfi, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2005. səh.560.
- Səyyad Şairov. "Yaralı Göyçə". Bakı, Nurlan, 2006. səh.54–55
- Sərraf Şiruyə. "Könlüm Göyçəni istər". Bakı, Nurlan, 2006.
- Sərraf Şiruyə. "Seçilmiş əsərləri". V cild. Bakı, Nurlan, 2010