Detektiv filmi
Detektiv — Polis, xəfiyyə, cinayət tematikasına aid olan film janrıdır.
Detektiv filmi cinayətlərin və dövlət əleyhinə cinayətkarlığın təhqiqindən, eləcə də kəşfiyyatçıların fəaliyyətindən bəhs edən kino sənəti əsəridir. Ədəbi-bədii detektivdən fərqli olaraq, detektiv filmi düşüncələri yox, personajların əməllərini ön plana çəkir və süjetin dinamikliyi naminə xəfiyyənin və caninin hərəkətlərini paralel göstərməklə çox vaxt incə psixoloji məqamları, xırda müəmmaları qurban verir.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.