Cənub okeanı

Cənub Okeanı və ya Antarktik okeanYerin 5 okeanından biri hesab edilir. Antarktida qitəsini əhatə edir. Bu okeanın sahəsi 20 327 min km². (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir). Ən böyük dərinliyi (Cənubi Sandviç novu) — 8428 m.[1][2]

Cənub okeanı
Ümumi məlumatlar
Sahəsi
  • 20.327.000 ± 1 km²
Həcmi 71.800.000 km³
Dərin yeri 7.235 m
Yerləşməsi
65° c. e. 90° ş. u.
[[Fayl:|280px|Cənub okeanı xəritədə]]
Cənub okeanı
Cənub okeanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cənub okeanı

Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser-Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mouson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir.[3]

Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir,[4] ancaq bu qərar həmin vaxt təsdiq edilmir. 1953-cü il okean təsnifatında Cənub okeanı anlayışı yoxdur.

Cənub okeanı 8 iyun 2021-ci ildə Beynəlxalq Coğrafiya Cəmiyyəti tərəfindən rəsmən tanınmışdır.[5]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.