Balear dənizi

Balear dənizi isp. mar Balear kat. mar Balear -Avropanın cənubunda və Priney yarımadasının şərqində yerləşir. Aralıq dənizi akvatoriyasına daxildir. Sahəsi 86,000 km², orta dərinlik 762 m, maksimal dərinlik isə 2132 m təşkil edir. Su səthində temperatur fevral ayında 12 s, avqust ayında isə 25 s təşkil edir. Duzluğu 36 - 38 ‰ arasıdır. Dib suxurları əsasən qumlar və balıqqulağı ilə zəngindir. Bura əsasən Priney yarımadasından axan çaylardır:Ebro, Turia və Hukar və s. göstərmək olar. Sularında balıqçılıq yaxşı inkişaf etmişdir. Nisbətən iri limanları Barselona,Valensiya və Palmanı göstərmək olar. Priney yarımadası və Balear adaları sahillərində çoxlu kurort-turizm obyektləri vardır.

Balear dənizi
isp. mar Balear kat. mar Balear
Ümumi məlumatlar
Tip Materik sahili
Sahəsi 86,000 km²
Dərin yeri 2132 m
Orta dərinliyi 762 m
Tökülən çaylar Ebro, Turia və Hukar
Yerləşməsi
40°17′47″ şm. e. 1°52′43″ ş. u.
Ölkə  İspaniya
Balear dənizi xəritədə
Balear dənizi
Balear dənizi
Balear dənizi xəritədə
Balear dənizi
Balear dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.