Anar Qasımov

Anar Qasımov (tam adı: Anar Misir oğlu Qasımov ) — Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[1]

Anar Misir oğlu Qasımov
Şəxsi məlumatlar
Doğum yeri Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Haqqında

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Qasımova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[1]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.

Təltifləri

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.