Afurca
Afurca — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir[1].
Afurca | |
---|---|
![]() | |
41°09′39″ şm. e. 48°36′56″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 970 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 4021 |
| |
![]() |
Toponimikası
Afurca oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd.VƏLVƏLƏ çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Adını ərazidəki eyniadlı şəlalədən almışdır. Bu şəlalə Azərb.-da dağ çaylarına məxsus daimi fəaliyyətdə olan şəlalələrdən biridir və Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Kənd də həmin şəlalənin yaxınlığında yerləşir. Afurca sözünü tədqiqatçılar belə izah edirlər: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünün qismən təhrif olunmuş formasıdır. Toponim a (ab) "su", fur/for "aşağı" və ca (castən) "sıçramaq" sözlərindən düzəlib, "su aşağı sıçrayan (tökülən) yer, şəlalə" deməkdir.[2]
Coğrafiyası və iqlimi
Afurca kəndinin iqlimi Azərbaycanın şimalının iqlimi ilə eynidir. Kəndin aşağı hissələri yay ərzində xüsusilə nəmişlik olur. Kənddən təqribən 3–4 km aralıda Afurca şəlaləsi yerləşir ki, hər yay 100 minlərlə turist və yerli əhali burda istirahət edir. Gözəl təbiəti və saf havası var.
Əhalisi
Afurca kəndi seyyidlər (övliyalar) diyarıdır. Afurca kəndindən olan lakin sonradan Şamaxı rayonu ərazisinə yerləşən Şeyx Abdurrahman həmin seyyidlərdən (övliyalardan) biridir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 719 nəfər əhali yaşayır.[3]
Şəkilləri
- Afurca məscidi, 24 avqust 2016
- Afurca şəhidləri
- Afurca şəlaləsi
- Afurca kəndi uzaqdan
İstinadlar
- "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti