Şamaxı rayonu

Şamaxı rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi. Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində, Bakıdan 118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Sahəsi 1670 km², əhalisi 85,3 min nəfərdir. Rayon ərazisində 3 tibb müəssisəsi, 97 mədəniyyət ocağı fəaliyyət göstərir.

Bu məqalə Şamaxı rayonu haqqındadır. Şəhər üçün Şamaxı səhifəsinə baxın.
Rayon
Şamaxı

40°38′ şm. e. 48°40′ ş. u.


Ölkə
Daxildir Dağlıq Şirvan
İnzibati mərkəz Şamaxı
İcra başçısı Tahir Məmmədov
Tarixi və coğrafiyası
Yaradılıb 08.08.1930[1]
Sahəsi 1670[2] km²
Hündürlük
749 m
Əhalisi
Əhalisi 105 100[3] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-SMI
Telefon kodu 994 20
Poçt indeksi AZ 5600
Avtomobil nömrəsi 56[1] (1 yanvar 2009-cu il)
Rəsmi sayt
Şamaxı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Şamaxı rayonu Dəmirçilər kəndi ərazsindən tapılmış II-IV əsrlərə aid qızıl diadema. Qafqaz Albaniyası mədəniyyəti. Milli Azərbaycan Tarixi Muzeyi.

Qədim yunan coğrafiyaşünası Ptolomeyin "Coğrafi təlim-namasi"ndə "Samaxeya", "Kemaxeya", ərəb mənbələrində "Əş-Şə-maxiyyə" kimi qeyd edilmiş Şamaxı (m.ə. V–IV əsrlər) Azərbaycanın ən qədim şəhərlərindəndir. Şamaxı haqqında bir çox antik dövr ərəb, fars, türk, rus və orta əsr Avropa müəllifləri geniş məlumatlar vermişlər. Şamaxı sözünün etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bəzi mütəxəssislər onu qədim yerli tayfa adı ilə bağlayırlar.

Ərazidən tapılmış qədim Roma və Makedoniya İmperiyalarına məxsus antik sikkələr buranın hətta antik dövrlərdən mühüm mərkəz olduğunu göstərir. Ərəblərin Qafqazı işğalından sonra Şamaxı mahal mərkəzi olmuşdur. Ərəb xilafəti zəifləkdikdən sonra Şamaxıda feodal dövləti olan Şirvanşahlar dövləti yaranmışdır. X əsrin əvvəllərindon Şamaxı Şirvanşahlar (Məzyədilər) dövlətinin paytaxtı olub Yəzid ibn-Məzyədin şərəfinə Yəzidiyyə adlanırdı. Şirvanşah II Mənuçöhrün dövründə Şamaxı daha da qüdrətləndi. Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildikdən sonra qədim Şamaxı şəhərini bərpa etdirdi və Şirvanşahlar dövlətinin paytaxtı buraya köçürüldü. Şirvanşahlar dövlətinin çiçəklənməsi I Şah İbrahimin dövrünə təsadüf edir. Bu dövrü əhatə edən 1382–1417-ci illərdə Şamaxı həm iqtisadi, həm də mədəni cəhətdən sürətlə inkişaf etmiş və bir sıra xarici ölkələrlə böyük ticarət əlaqələri qurmuşdur. Şirvanşahlar dövləti süqut etdikdən sonra isə bu ərazi bəylərbəyi üsul-idarəsi ilə idarə edilmiş və 1578-ci ildən Şirvanda türk hərbi-inzibati idarə sistemi qurulmuşdur. Sonrakı dövrlərdə Şamaxı Şirvan bəylərbəyliyinin mərkəzinə çevrildi. 1734-cü ildə Nadir şah Şamaxını dağıdaraq indiki Ağsu şəhərinin yaxınlığına — Yeni Şamaxıya köçürdü. Nadir şahın ölümündən sonra (1747) yaranan Şamaxı xanlığı sonradan Osmanlı işğalına məruz qaldı.

Şamaxı rayonu Xınıslı kəndi ərazisindəki qədim xəzinədən əldə edilmiş antropomorf gil qablardan biri. Qafqaz Albaniyası mədəniyyəti. Milli Azərbaycan Tarixi Muzeyi.

Qərbi, şərqi və cənubu birləşdirən bir mərkəz olan Şamaxıda rus tacirlərinin öldürülməsi nəticəsində İran-Rus müharibəsi başlandı. Böyük Pyotr Şamaxı üzərinə yeridi və onu əsl xarabazara çevirdi. Ərazisində ən qədim yaşayış məskənlərindən olan Əngəxaran kəndi 1798-ci ildə Kəndxuda Ağacəbrayıl bəy tərəfindən Zaratxeybəri kəndindən köç edib indiki ərazisində yerləşərək əsasını qoymuşdur. XVIII əsrin ortalarında xanlığa çevrilən Şamaxı 1805-ci ildə Rusiya imperiyası hakimiyyətini qəbul etdi. Şamaxı şəhəri 1846-cı ildə quberniya mərkəzi oldu. O, müxtəlif dövrlərdə Xəzər vilayətinin, Şamaxı qəzasnın, Şamaxı quberniyasının mərkəzi olmuşdur.

1667, 1859, 1902-ci illərdə Şamaxıda fəlakətli zəlzələlər olmuşdur. Buna baxmayaraq Şamaxı yenidən ayağa qalxmış, öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmişdir. Tez-tez baş verən zəlzələlər şəhəri bir neçə dəfə tamamilə dağıtmışdır. Ona görə də şəhərdə qədim tarixi abidələr, demək olar ki, qalmamışdır.

1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olmuşdur. Bu hadisə tarixi ədəbiyyatda Mart soyqırımı ilə birgə hallanır. (Şamaxı soyqırımı) 1920-ci ildə Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildikdən sonra Şamaxı on il yenə də quberniya mərkəzi olmuşdur.

1930-cu ildə Şamaxıya rayon statusu verilmişdir.

Tarixi abidələri

Rayonun Çıraqlı kəndində e.ə. I minilliyin sonu — antik dövrə aid qədim qəbiristanlıq mövcuddur. Bundan başqa Göylər kəndində XII–XIV əsrlərə aid Pir-Mərdəkan Xanəgahı var. Bir versiyaya görə dövrünün görkəmli alimlərindən olan Seyid Mərdəkaninin qəbri buradadır. Dədəgünəş kəndi yaxlığında köhnə qəbiristanlıq və "Piri-Sultan Dədəgünəş" məqbərəsinin xarabalıqları yerləşir. Buradakı kitabədə bu sözlər yazılmışdır: "Bu məzar mərhum, bağışlanmış, xoşbəxt şəhid olmuş, əhalinin iftixarı, yüksəklərin və böyüklərin görkəmlisi, möminlərin qulu-yoldaşı, həqiqəti məydana çıxaran, kəramət sahiblərinin rəisi, Dədəgünəş övladlarından Şeyx Dədəqulunun oğlu şeyx Məhəmmədə aiddir (1602–1603)". Dədəgünəş şair Əfzələddin Xaqaninin əmisi Kəfiəddin Ömər ibn Osmanın ləqəbidir. O, zəmanəsinin tanmmış həkimi, həm də görkəmli filosofu olmuşdur. Burada Kəfiəddin Ömər ibn Osmanın təşkilaiçılığı və rəhbərliyi ilə bütün Şərqdə məşhur tibb akademiyası olan "Mədrəsəyə tibb" (tibb mədrəsəsi) və müalicəxana fəaliyyət göstərmişdir. Şamaxıda XIX əsrə aid türbələr kompleksi də mövcuddur. Şamaxı hakimi Mustafa xanın ailə üzvləri üçün tikilmiş 7 türbədən 4-ü qalmışdir. Türbələr yonulmuş ağ daşdan inşa edilmiş, çatmatağlı gümbəzlə örtülmüşdür. Xanın anasının dəfn edildiyi türbənin (1810) kitabəsində "Ustad Tağı memar" həsr edilmişdir.

Kələxana kəndində XVII əsrə aid memarlıq kompleksinin isə 9 türbəsindən 8-i qalmışdır. Türbələrdən biri üzərindəki kitabədə abidənin 1663-cü ildə sərkar Əbdüləzim Əmirəli oğlu tərəfindən İbrahim Əmirəhməd adlı şəxsin qəbri üzərində tikildiyi göstərilib.

Şamaxı şəhəri yaxınlığında IX əsrə aid Gülüstan qalası da bu günə gəlib çatan tarixi abidələrdəndir. Qalanın ön istehkamı dağın yamac hissəsində, narın qalası isə zirvəsində inşa edilmişdir. XV–XVII əsrlərdə Şirvan şahlarının müdafiə qalası və iqamətgahı olmuşdur. Yeraltı gizli yollar olan bu qala odlu silahın meydana gəlməsi ilə əhəmiyyətini itirmişdir.

Şamaxı rayonu çox nadir geoloji təbiət abidələri ilə də zəngindir. Ərazidə bir sıra karst mağaraları mövcuddur. Əsrarəngiz və nadir geoloji təbiət abidəsi Dəmirçi kəndi yaxınlığındakı "Dəmirçi palçıq vulkanı"dır. Qövsi-qüzeh çaları gözəlçiçəkli bitki xalısı fonunda və seyrək çaytikanı kollarının əhatəsində yer almış bu vulkan yaz və yay aylarında öz gümüşü əbası ilə çox yüksək estetik və valehedici görünüşlü olur. Çarhan, Məlikçobanlı və Quşçu vulkanları da özünəməxsus xüsusiyyətləri, gözəlliyi və unikal landşaftı ilə seçilir.

Coğrafiyası

Ərazi Baş Qafqaz silsiləsini, Qobustan, Ləngəbiz silsiləsini və Şirvan düzünü tutur. Maksimal hündürlük 2500 m-ə çatır. Səthi, əsasən, dağlıdır Rayonun şimalını Baş Qafqaz silsiləsinin cənub hissəsi tutur. Ondan cənubda xırda plato və silsilələr sahəsi yerləşir Rayonun şərq hissəsi Qobustana daxildir. Pir-saatçaydan qərbdə, şimal-qərbdən cənub-şərqə doğru Ləngəbiz silsiləsi uzanır. Rayonun cənub hissəsi Şirvan düzünə daxildir.

Rayonda palçıq vulkanları vardır. Rayonun dağlıq hissələrində təbaşir yaşlı, alçaq dağlıq və dağətəyi zonalarda Paleogen yaşlı, cənubda Antropogen yaşlı çöküntülər yayılır. Faydalı qazıntılara bitium, gil, əhəngdaşı, qum-çınqıl aiddir. Mineral bulaqlar (Çuxuryurd) vardır. Rayon ərazisində Şirvan düzündən Dübrar silsiləsinə qədər yarımsəhra və quru çöl iqlimi, dağətəyi zonada yayı quraq keçən mülayim-isti, yağıntıları bərabər paylanan mülayim-isti, bütün fəsillərdə bol yağıntısı olan soyuq iqlim tipləri yaranır.

Çay və su hövzələri

Əsas çaylar Ağsuçay, Pirsaat, Qozluçay, Acı-çay, Cigil çayları və kiçik göllər vardır. Ağsuçayın mənbəyi Sanbulaq dağnın (2268 m) yamacından (2100 m) başlayır, Pisaatçayın mənbəyi Baş Qafqazın cənub yamacmdan (2400 m) başlayır.

Landşaftları və bioloji müxtəlifliyi

İqlimi cənubda qışı quraq keçir) mülayim-isti yanmsəhra və quru çöl tipli, şimalda yayı quraq keçən mülayim-istidir. Çimli dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-qara, qonur dağ-meşə, dağ tünd-şabalıdı, şabalıdı, boz-qonur, şorakətvan boz-qonur, boz-çəmən və çəmən-boz torpaqlar yayılmışdır. Zəngin meşələri, subalp və aid çəmənlikləri, dağ-bozqır və yanmsəhra bitkiləri vardır. Şahdağ Milli parkmm cənub hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət Qoruğu) Şamaxı rayonu ərazisindədir. 520 növ bitki, o cümlədən, 130 növ ağac və kol bitkisi, 440 növ çiçəkli bitki, 143 heyvan və quş növü, o cümlədən 33 məməli növü mövcuddur. Dağın zirvəsində (2000 m) övliya məzarı yerləşir.

Florası

Ərazinin dendroflorası, əsasən, qafqaz vələsi, şərq fıstığı, iberiya palıdı və iritozcuqlu palıddan ibarətdir. Meşələrdə, həmçinin, adi göyrüş, çöl ağcaqayını, çinaryarpaq ağcaqayın, vələsyarpaq qarağac, şərq qarağacı, qaraçöhrə, tozağacı, söyüd, şərq alması, qafqaz armudu, çaytikanı, əzgil, adi qoz, doqquzdan, itburnu, dəli-zoğal, müxtəlif növ yemişanlar, alça, albalı, meşəalbalısı, zirinc kimi ağac-kollar vardır.[4]

Fauna

Burada cücüyeyənlər dəstəsindən uzunquyruq ağdişə, ağdöş kirpiyə, xırda köstəbəyə rast gəlinir. Yarasalar kiçik və böyük nalburunlar, itiqulaq şəpbərə, dağ gönlücəsi və s. növlərlə təmsil olunub. Ərazidə gəmiricilərin 10-a yaxın növü təsvir edilmişdir: adi sincab, sanboğaz siçan və s.. Yırtıcılardan canavar, çaqqal, tülkü, meşə pişiyi, qonur ayı, gəlincik, porsuq və s. növlər təsvir edilmişdir. Quşlardan qafqaz şahini, qırqovul, qaratoyuq, bildirçin, kəklik və göyərçinə rast gəlinir.[5]

Əhalisi

Şamaxı rayonu əhalisinin etnik tərkibi
Etnik qrup Sayı, 1999 sa.[6] Nisbəti, 1999 sa. Sayı, 2009 sa.[1][7] Nisbəti, 2009 sa.[1]
toplam80 625100.00 %91 605100.00 %
azərbaycanlı78 84497.79 %90 35098.63 %
türk9791.21 %8790.96 %
rus5150.64 %2350.26 %
ləzgi1590.2 %870.09 %
gürcü20.00 %210.02 %
tat60.01 %
tatar80.01 %20.00 %
ukraynalı610.08 %20.00 %
yəhudi40.005 %
erməni40.005 %
digər490.06 %230.03 %

Vətən müharibəsi şəhidləri

Sərhəd rayonlar

Ağsu, İsmayıllı, Qobustan, Xızı, Quba

Kəndləri

#KəndTəsərrüfat sayıƏhalisi
1Acıdərə36
2Adnalı175965
3Aşkar56
4Avaxıl99490
5Bağırlı4621957
6Cabanı 176387
7Cabanı 2125457
8Çağan 144184
9Çağan 236149
10Çarhan5252599
11Çaylı 13681685
12Çaylı 291510
13Çıraqlı42242
14Çöl – Göylər41185
15Çuxuryurd7941048
16Dağ – Bağırlı1681258
17Dədəgünəş52198
18Dəmirçi102582
19Əhmədli123502
20Əngəxaran196856
21Ərçiman139585
22Göylər18606462
23Hacılı73365
24Hacıqədirli94525
25Həmyəli4152017
26Böyük – Xınıslı11412
27Keçmədin51211
28Kələxana139804
29Kərkənc166730
30Laləzar62384
31Məlhəm4141392
32Məlikçobanlı3471882
33Məlcək94487
34Mərzəndiyə1691026
34Meysəri162690
35Mirikənd170799
36Muğanlı2401061
37Nağaraxana212864
38Nüydü113630
39Ovculu2491127
40Pirbəhli38184
41Qaladərəsi36143
42Qaravəlli2781143
43Qəleybuğurd192801
44Qızmeydan2581114
45Qonaqkənd166829
46Qurdtəpə139804
47Quşçu5583681
48Sabir5463702
49Sabirli61380
50Safalı31134
51Saqiyan145646
52Şəhriyar6102109
53Şərədil147577
54Şirvan88412
55Sis79348
56Talışnuru77317
57Məmmədbəyli641
58Yenikənd40180
59Zarat – Xeybəri40233
Cəmi1213153 618

Təhsil

Şamaxı rayonunda hazırda 72 ümumtəhsil o cümlədən 51 tam orta, 17 ümumi orta, 4 ibtidai məktəb fəaliyyət göstərir. Eyni zamanda rayonda 23 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi vardır. Həmin təhsil müəssisələrində 1849 nəfər müəllim və 200 tərbiyəçi işləyir. Rayonun ümumtəhsil məktəblərində 14526 nəfər şagird, uşaq bağçalarında 1250 nəfər uşaq vardır.

Səhiyyə

Şamaxı rayonunun əhalisinə 345 çarpaylıq mərkəzi, 40 çarpaylıq Göylər kənd və 35 çarpaylıq Sabir qəsəbə xəstəxanaları, poliklinika, habelə 16 həkim ambulatoriyası və 23 ferdşer – mama məntəqəsi, 114 həkim, 332 orta tibb işçisi və 248 kiçik tibb işçisi xidmət edir. Həmçinin rayonda müasir tələblərə cavab verən Diaqnostika Müalicə Mərkəzi fəaliyyət göstərir.

Turizm

Rayonun ən məşhur turizm zonalarından biri Pirqulu kəndidir.

Bələdiyyələr

Rayonda 1 şəhər, 3 qəsəbə və 46 kənd bələdiyyəsi fəaliyyət göstərir. Bələdiyyə sistemində 372 nəfər işləyir.

Qardaş şəhərlər

Qalereya

Mənbə

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Şamaxı rayonu
  2. "Arxivlənmiş surət" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-16.
  3. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  4. Əsgərov A.M.Azərbaycanın Ali bitkiləri. Azərbaycan florasının konspekti.3 cilddə.Bakı: Elm 2006
  5. Quliyev S.Azərbaycanın cütdırnaqlılar faunası.Bakı:Elm və Təhsi, 2008
  6. Population statistics of Eastern Europe: Azerbaijan Republic population and housing census of 1999 Arxivləşdirilib 2015-06-27 at Archive.today
  7. Population statistics of Eastern Europe: Azerbaijan Republic population and housing census of 2009 Arxivləşdirilib 2015-06-27 at Archive.today

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.