Şəmistan Əzizov

Şəmistan Əzizov (tam adı: Şəmistan İlyas oğlu Əzizov; 6 dekabr 1993; Göyçay, Azərbaycan15 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Şəmistan Əzizov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Göyçay, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020

Həyatı

Şəmistan Əzizov 1993-cü il dekabrın 6-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub.[1] Subay idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Şəmistan Əzizov oktyabrın 15-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmistan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.