İnqilab Qədirbəyli

İnqilab Tofiq oğlu Qədirbəyli (10 mart 1995; Salyan, Azərbaycan9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

İnqilab Qədirbəyli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Salyan, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Şuşa, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020"Şuşanın azad olunmasına görə" medalı  — 2020

Həyatı

İnqilab Qədirbəyli 1995-ci il martın 10-da Salyan şəhərində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan İnqilab Qədirbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İnqilab Qədirbəyli noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İnqilab Qədirbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İnqilab Qədirbəyli ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.