İlhüseyn Hüseynov
Hüseynov İlhüseyn Pirhüseyn oğlu — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1991 sentyabr-1992 may).
İlhüseyn Hüseynov | |
---|---|
İlhüseyn Pirhüseyn oğlu Hüseynov | |
![]() | |
18 oktyabr 1991 – 17 may 1992 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Fəxrəddin Təhməzov |
![]() ![]() | |
sentyabr 1991 – 18 oktyabr 1991 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Naxçıvan MSSR Dövlət Təhlükəsizlik Komitəsinin Sədri [1] ![]() | |
1960 – 1962 | |
Əvvəlki | Məhəmməd Əlizadə |
Sonrakı | Abbas Zamanov (general) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Rütbəsi | General-mayor |
Həyatı
İlhüseyn Hüseynov 1925-ci ildə Bakı şəhəri Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) tarix fakültəsini bitirmişdir.
Təhlükəsizlik orqanlarında 1942-ci ilin sentyabr ayından xidmətə başlamışdır. İ.Hüseynov SSRİ DTK-nın Bakı diyarlararası məktəbini bitirmiş, 1952-ci ilin avqust ayından əməliyyat işində rəhbər vəzifədə çalışmışdır.
Xidməti dövründə bir sıra dövlət mükafatları – "Qırmızı Bayraq" ordeni, "Döyüş xidmətlərinə görə" medalı və digər 14 medala, eləcə də "Kəşfiyyat xidmətlərinə görə" döş nişanı ilə təltif olunmuşdur.
1991-ci ilin sentyabrından 1992-ci ilin may ayına qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində işləmişdir. İ.Hüseynov təhlükəsizlik orqanlarından general-mayor hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılmışdır.
25 sentyabr 2006-cı ildə vəfat etmişdir.[2]
İstinadlar
- "Arxivlənmiş surət". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
- "Скончался первый министр нацбезопасности независимого Азербайджана". 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-09.
Xarici keçidlər
- Arxivləşdirilib 2014-10-31 at the Wayback Machine