Həlməl

Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin zygophyllales dəstəsinin üzərrikkimilər fəsiləsinə aid bitki cinsi.

Həlməl
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Dəstə:
Zygophyllales
Yarımfəsilə:
Zygophylloideae
Cins:
Həlməl
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  29058
NCBI  66651
EOL  70991

Botaniki təsviri

Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir.[3]

Mənşəyi və yayılması

Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir. Aralıq dənizi, Balkan və Qaradəniz ölkələri, Orta Asiya, İran, İraq və

Qafqazda yayılmışdır. Azərbaycanda adi həlməl Abşeron, Qobustan, Samur-Dəvəçi, Xəzəryanı, Kür-araz ovalıqları, Bozqır yaylası, Kür və Naxçıvan düzənliyi, Kiçik Qafqazın cənub rayonlarında bitir.[3]

Ekoloji qrup və bitdiyi yerlər

Halokserofitdir, səhra və alaq bitkilik tiplərində rast gəlir. Yarımsəhra, quru şoran torpaqlar, yol qıraqları, qumsal yerlərdə, boş torpaqlarda, ev və digər tikililərin yanında qruplar əmələ gətirir.[3]

Kimyəvi tərkibi

Alkaloid, flavonoid, saponin, kumarin, piyli və efir yağları, C və K vitaminləri, triterpenoidlər, fenolkarbon turşuları ilə zəngindir.

Təsiri və tətbiqi

Adi həlməl eksperimental və xalq təbabətində, habelə kliniki sınaqlarda geniş tətbiq edilir. Əsasən sidik kisəsi, revmatizm, dəri-zöhrəvi xəstəlikləri, irinli yara və xoralar, eləcə də

çıbanların müalicəsində istifadə olunur. Antihelmint, antiseptik, işlədici, yarasağaldıcı, damargenişləndirici, iltihab proseslərinə və zəhərlənməyə qarşı təsirə malikdir.

Əks təsirləri

Zəhərli olduğu üçün daxilə qəbul edilərkən ehtiyatlı olmaq zəruridir.

İstifadəsi

Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, kökü, meyvəsi və yarpaqları istifadə edilir. Cövhər, mazlar, plastır formalarında istifadə olunur.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Qönçələr zəhərli olmadığına görə onlardan şorabalar hazırlanır.

İstinadlar

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 182. doi:10.5962/BHL.TITLE.746
  2. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 385.
  3. Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.