Zuzana Çaputova

Zuzana Çaputova (slovak. Zuzana Čaputová; 21 iyun 1973[4], Bratislava, Çexoslovakiya[5][6]) — Slovakiya vəkili, sosial fəalı, liberal siyasətçisi, Slovakiyanın beşinci Prezidenti. O, Slovakiya tarixindəki ilk qadın prezidentdir.[7] Səlahiyyətlərinin icrasına 15 iyun 2019-cu ildə başlayacaq.

Zuzana Çaputova
slovak. Zuzana Čaputová
bayraq
Slovakiyanın 5-ci prezidenti
bayraq2
15 iyun 2019 hal-hazırda
Baş nazirPitir Paleqrini
ƏvvəlkiAndrey Kisqa
Şəxsi məlumatlar
Doğum adı Zuzana Strapáková[1][2]
Doğum tarixi
Doğum yeri Bratislava, Slovakiya
Vətəndaşlığı Slovakiya Slovakiya
Partiya Proqressiv Slovakiya (2017-2019-cu illər)
Bitərəf siyasətçi (2019-cu ildən bugünə kimi)
Təhsili Komenski Universiteti
Fəaliyyəti hüquqşünas, siyasətçi, aktivist, ətraf mühit fəalı, vəkil
Həyat yoldaşı İvan Kaputa (boşanıb)
Uşağı 2 qız övladı var
Elmi fəaliyyəti
Elm sahəsi hüquq[3], siyasət[3]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Prezidentliyi

16 mart 2019-cu ildə Slovakiyada keçirilən prezident seçkilərinin ilk turunda hüquqşünas Zuzana Çaputova 40,6 % səs toplayaraq qalib gəlmişdir[8]. Əsas rəqibi olan Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç isə 18,6 faiz səslə ikinci olub.

Slovakiyada 30 mart 2019-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda Zuzana Çaputova qalib gəlmişdir[7]. O, seçkilərə qatılmış 95 % seçicinin 58%-nin səsini toplayıb. Rəqibi olan Maroş Şefçoviç isə 42% səslə məğlub olub[9].

Çaputova ölkə prezidenti kimi vəzifəsinin icrasına hazırkı prezident Andrej Kiskanın səlahiyyət müddəti bitdikdən sonra 15 iyun 2019-cu ildə başlayacaq[7].

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.