Zurnazən Mustafa Paşa
Zurnazən Mustafa Paşa (ö. 5 yanvar 1657) — IV Mehmed dövründə 5 mart 1656 tarixində cəmi 4 saat Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Zurnazən Mustafa Paşa | |
---|---|
| |
Osmanlı sədrəzəmi[d] | |
5 mart 1656 – 5 mart 1656 | |
Əvvəlki | Dəli Hüseyn Paşa |
Sonrakı | Siyavuş Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr və ya XVII əsr |
Vəfat tarixi | XVII əsr |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Qoşun növü | Dəniz qüvvələri |
Rütbəsi | Admiral |
Həyatı
Həyatının ilk illəri haqqında məlumat yoxdur. "Zurnazən" ləqəbi isə vaxtilə ordu mehtərində tutduğu vəzifəsi ilə əlaqədardır. Əslən alban olan Mustafa ağa sarayda yetişmiş, ilk vəzifəsi isə qapıçıbaşılıq olmuşdur. Ancaq 1649-cu ilin yanvarında Krit adasında şəhid düşən Kiçik Həsən Paşanın yerinə Rumeli bəylərbəyliyinə gətirilmişdir.
Bu vəzifədə ikən Krit adasına pul və hərbi sursat aparmaqla vəzifələndirilən Mustafa Paşa Anadoluda lazımi tədbirləri gördükdən sonra adaya getdi. Ancaq burada sərdar Dəli Hüseyn Paşa ilə yola getmədi və ona qarşı sekbanbaşı Mahmud ağa ilə ittifaq quraraq, sərdarın kafirlərlə müttəfiq olması haqqında orduda şayə yaydı. Nəticədə 1 avqust 1649 tarixində bir qrup əsgər sərdarın sarayına hücum edərək onu öldürmək istədi. Ancaq vəziyyətin ağırlaşdığını görən Zurnazən MUstafa Paşa əsgəri sakitləşdirməyə çalışdı. Ardından başlayan Kandiye mühasirəsi əsnasında əlindən yaralandı. Kaptan-ı dərya Bığlı Mustafa Paşanın Rumeli bəylərbəyliyinə gətirilməsi ilə bir müddət vəzifədən kənar qaldı. Ancaq yeniçərilərin təkidilə baş dəftərdar seçildi (20 iyun 1650). Ancaq çox keçmədən bu vəzifəsindən də uzaqlaşdırıldı (11 oktyabr 1650). Bunun səbəbi isə Mələk Əhməd Paşanın yerinə sədrəzəm olmaq istəyini yazdığı məktubun üzə çıxması göstərilir.
Ədirnəyə sürgün edilən Mustafa Paşa 1652-ci ilin iyununda Qaraman və Aydın-Sarıxan sancaqbəyi təyin olundu. Bir neçə ay sonra baş tutan sipahi üsyanı səbəbilə yenidən baş dəftərdar (10 avqust 1652), ardından isə vəzirliyə yüksəldi. Bu vəzifədə ikən Tarhuncu Sarı Əhməd Paşa ilə birlikdə xəzinənin gəlirlərini artırmaq üçün planlar hazırladı.
Münasibətlərinin pis olduğu sədrəzəm Dərviş Mehmed Paşa dövründə də uğurları səbəbilə vəzifəsində qalan Mustafa Paşa 30 mart 1653 tarixində Timeşvar bəylərbəyi seçildi və mərkəzdən uzaqlaşdırıldı. Ardından Bozcaada mühafizəsi ilə vəzifələndirilsə də, 11 may 1655 tarixində kaptan-ı dərya seçildi. Hazır vəziyyətdəki donanma ilə səfər çıxan Mustafa Paşa bir müddətdir venesiyalıların əlində olan Çanaqqala boğazını keçmək istəsə də, burada düşmənə məğlub oldu. Musafa Paşa burada məğlub olan kaptanları cəzalandıraraq Saqqız adasına getdi.
Mənbə
- BA, Bâb-ı Âsafî, Ruus, nr. 1529, s. 28;
- Kâtib Çelebi, Fezleke, II, 345, 350;
- a.mlf., Tuhfetü’l-kibâr (haz. Orhan Şaik Gökyay), İstanbul 1973, s. 215-216;
- Solakzâde, Târih (haz. Vahid Çabuk), Ankara 1989, II, 587, 596, 605, 615, 619, 621, 622, 632;
- Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr Zeyli (haz. Nevzat Kaya), Ankara 2003, s. 117, 204, 234, 242, 248, 296;
- Mehmed Halîfe, Târîh-i Gılmânî (haz. Ertuğrul Oral, doktora tezi, 2000), MÜ Sosyal Bilimler Enstitüsü, s. 41-42, 43, 46, 49;
- Vecîhî Hasan, Târih (nşr. Buğra Atsız, Das Osmanische Reich um die Mitte des 17. Jahrhunderts içinde), München 1977, vr. 42a, 64a, 65a;
- Evliya Çelebi, Seyahatnâme, I, 283;
- Abdurrahman Abdi Paşa Vekāyi‘nâme’si (haz. Fahri Çetin Derin, doktora tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü, s. 22, 24, 37, 39, 42, 65-68, 71, 72-73, 74, 75;
- Hezârfen, Telhîsü’l-beyân, s. 191;
- Naîmâ, Târih, IV, 382;
- Silâhdar, Târih, I, 26 vd., 30, 32, 35, 107;
- Hadîkatü’l-vüzerâ, s. 102-103;
- Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 602;
- Îsâzâde Târihi (haz. Ziya Yılmazer), İstanbul 1996, s. 19-20, 21, 24, 28;
- Râmizpaşâzâde Mehmed İzzet, Harîta-i Kapûdânân-ı Deryâ, İstanbul 1285, s. 64-65;
- Hammer (Atâ Bey), X, 253;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 248, 263, 290, 334-335, 339;
- Dânişmend, Kronoloji2, III, 418, 421;
- Mehmet Zeki Pakalın, Maliye Teşkilâtı Tarihi (1442-1930), Ankara 1978, I, 355-375;
- Ali Arslan, “Surnazen Mustafa Paşa”, TD, sy. 35 (1994), s. 151-165.