Zurnalistika
Zurnalistika — Azərbaycanda jurnalistika ilə bağlı istifadə olunan təhqiredici ifadə.
Jurnalistika |
---|
Növlər
|
Sosial təsir
|
|
Rollar
|
|
İstifadəsi
Azərbaycanda yayılmış bu ifadə təhqiredici xarakter daşıyır.[1][2][3][4] Bu, adətən hədə-qorxu gəlmək və rüşvət almaq ilə məşğul olan,[5] qeyri-peşəkar hesab edilən[6] reket jurnalistlər üçün istifadə edilir.[2][7][8] "İctimai TV"də yayımlanan "İTV Xəbər"in 2021-ci il iyulunda təqdim olunan buraxılışında reket jurnalistikadan bəhs edilərkən həmin sahədə fəaliyyət göstərən jurnalistlər "zurnalist" kimi təqdim olunmuş, onlara dövlət tərəfindən məhdudiyyətlərin qoyulması fikri müdafiə olunmuşdur.[9]
Buna baxmayaraq, bu ifadədən kimə qarşı istifadə edilməsi ideoloji olaraq dəyişir. Siyasi mövqeyindən asılı olaraq, bu ifadə həm milliyətçi və vətənpərvər ideologiyasında çıxış etməyən jurnalistlərə,[10][11][12] liberal jurnalistlərə,[13] həm də hökumətmeylli jurnalistlərə[14][15][16] qarşı istifadə olunur. Məsələn, hökumətdən ev alan jurnalistlər ictimaiyyətdə bəzən "zurnalist" adlandırılmışdır.[17] Bu ifadədən həmçinin, Azərbaycanda mətbuatın vəziyyətini təsvir edərkən istifadə olunmuşdur.[18] "XəzərNews" əməkdaşı Elmar Hüseynovun fikrinə görə, Azərbaycanda önə çıxmış jurnalistlər keçmiş jurnalistləri üstələmiş, mətbuat nüfuzdan düşmüşdür.[19] Azərbaycan Milli Məclisinin deputatı Aqil Abbasa görə, ictimaiyyətdə Babək Hüseynoğlu, Elçin Şıxlı, Rauf Arifoğlu və Rəşad Məcid kimi "müstəqil media" quran şəxsləri "zurnalist" adlandırırlar.[20]
"Modern Doctors of Azerbaijan" qrupunda bir qrup həkim 2015-ci ildə döyülən, daha sonra isə xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünə görə sosial şəbəkələrdə həkimləri tənqid edən jurnalistlər haqqında "zurnalist" ifadəsini işlətmişdir.[21][22][23] AXCP-dən Dilarə Miriyeva Qarabağ münaqişəsi zamanı həlak olmuş bəzi jurnalistləri "zurnalist" adlandırmış, bu, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tərəfindən tənqid edilmişdir.[24] Azərbaycanlı şair Təranə Şəms jurnalistləri tənqid edərək "Gəl adam ol, jurnalist" şeirində "zurnalist" sözündən dəfələrlə istifadə etmişdir.[25]
Həmçinin bax
İstinadlar
- "Öz gözündə tiri görməyən vitse-prezident - və ya Məmmədovun iradı haqda bir neçə söz". Sportinfo.Az. 6 apr 2018. 22 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2023.
- "SİZ DƏ TANIYIN: "Yeni şans"ın şansı gətirməyən "BAŞ REDUKTURU" - Gurşad Buxara oglu Vəliyev əslində KİMDİR?". Azerinform.az. 2019-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "FutbolPress.Az | Mətbuat xidmətləri haqda rekviyem (YAZI)". futbolpress.az. 7 fev 2012. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "DEZİNFORMATORLAR". 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "Xocavənd rayon Mərkəzi Xəstəxanasının üstünü zurnalist buludları aldı. » Telexeber.az". Telexeber.az. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "Orqanlara görə düşünmək - Nicat Həşimzadə". yarpaq.az. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "İllərdir Bakı yaramaz bir qurumun ucbatından əzab çəkir..." 2022-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- ""Züymedia", yoxsa "zurnalistika"". aqreqator.az. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "Jurnalist, yoxsa "Zurnalist"?". 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22 – www.youtube.com vasitəsilə.
- "Ağ yazıların az yazarları". kanal4.az. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "Elşən Əlisoy yazır: "UNUTMAYIN, SİZƏ VERİLƏN İMTİYAZLAR MÜVƏQQƏTİ, TARİX İSƏ ƏBƏDİDİR!"". Azərbaycan Reallığı. 2019-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "Nazim İdeal: BİZ Dövlətimizdən Vəliyev deyil, Ədalət gözləyirik!". İDEAL MEDİA - idealmedia.az. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- ""Qarabağ" – "Şamaxı" matçındakı "jurnalist" harınlığı". GundemXeber İnformasiya Portalı. 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- Astanbəyli, Elnur. ""Müdrik xalq" necə "məsuliyyətsiz" oldu?". 5 iyl 2020. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "Ata Abdullayevə azadlıq!". 2023-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-20.
- "Balıqların dekanı". 2023-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-20.
- "Mənzil və niyyət məsələsi". 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-20.
- ""Killerxana", ya da "KİV-in Dəfn Fondu" |". 12 mar 2016. 22 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2023.
- "Qələmin namusunu qorumaq, yoxsa satmaq?". Xezernews. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "Azərbaycanda mətbuatın generalları, onun üzvləri və zabitləri var". worldinfo.az. 1 yan 1970. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "Bir qrup həkim jurnalistləri "zurnalist" adlandırdı -FOTOFAKT". moderator.az. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "Azərbaycanda həkimlər jurnalistləri təhqir etdilər - FOTO". Milli.Az. 14 avq 2015. 2015-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "Baş redaktorlar jurnalistləri təhqir edən həkimlərə cavab verdilər - AÇIQLAMALAR". anews.az. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "Siyasi reneqatların yeni xəyanət marafonu". Yeni Azərbaycan. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.
- "GƏL ADAM OL, JURNALİST... » Yenixeber.org - Oxu, xəbərin olsun". Yenixeber.org - Oxu, xəbərin olsun. 2018-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-22.