Zurab Noqaideli

Zurab Temuroviç Noqaideli (gürc. ზურაბ თემურის ძე ნოღაიდელი; 22 oktyabr 1964, Kobuleti, Acarıstan Muxtar Respublikası) — Gürcüstan siyasi xadimi. 2005–2007-ci illərdə Gürcüstanın baş naziri, "Ədalətli Gürcüstan" siyasi partiyasının lideri.[1]

Zurab Noqaideli
gürc. ზურაბ თემურის ძე ნოღაიდელი
17 fevral 2005 16 noyabr 2007
PrezidentMixeil Saakaşvili
ƏvvəlkiZurab Jvaniya
SonrakıLado Qurgenidze
Şəxsi məlumatlar
Doğum tarixi 22 oktyabr 1964(1964-10-22) (59 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, fizik, sahibkar

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1988–1991-ci illərdə Gürcüstan Elmlər Akademiyası Coğrafiya İnstitutunda çalışmışdır. 1992-ci ildə Respublika Parlamentinin üzvü oldu. 1999-cu ildə "Gürcüstan Vətəndaşlar İttifaqı" partiya siyahısı üzrə Gürcüstan parlamentinin üzvü. Parlamentin eyni adlı fraksiyasına daxil olmuşdur. Vergilər və Gəlirlər Komitəsinin sədri seçilmişdir. 2001–2002-ci illər ərzində Maliyyə Naziri idi.

İstefa verdikdən sonra kommersiya bankı işləmişdir və konsaltinq şirkətində ortaq olaraq çalışdı. 27 noyabr 2003-cü ildə Maliyyə Naziri təyin olundu. 17 fevral 2005-ci ildən 2007-ci ilin noyabr ayınadək Gürcüstan Baş Naziri olmuşdur.

Ailəlidir və iki övladı var.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.