Zurab Ancaparidze
Zurab Ancaparidze (12 aprel 1928[1][2], Kutaisi[1] – 12 aprel 1997[2], Tbilisi) – gürcü opera müğənnisi (lirik-dramatik tenor).
Zurab Ancaparidze | |
---|---|
Zurab İvanoviç Ancaparidze | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 12 aprel 1928[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 12 aprel 1997[2] (69 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, rejissor, pedaqoq |
Musiqi aləti | fortepiano |
Səs tembri | lirik-dramatik tenor |
Təhsili |
|
Mükafatları | SSR xalq artisti (1966), Gürcü SSR Dövlət mükafatı laureatı (1971) |
Fəaliyyəti
Zurab İvanoviç Ancaparidze 1928-ci il aprel ayının 12-də Gürcüstan Respublikasının Kutaisi şəhərində anadan olmuşdur.
1952-ci ildə D.Andquladzenin sinfində V.Saradaşvili adına Tbilisi Konservatoriyasını bitirmişdir (D. Andquladzenin sinfini). Böyük Teatrda da işləmişdir (1959–1970).
Təhsilini bitirdikdən sonra 1952-1958-ci illərdə Z.Paliaşvili adına Tbilisi Opera və Balet Teatrının solisti olmuşdur. 1959-1970-ci illərdə Moskvada Böyük Teatrın solisti kimi çalışmış, Abesalom, Quram (“Abesalom və Eqeri”, “Latavra”, Z.Paliaşvili), Mindiya (“Mindiya”, O.Taktakişvili), German (“Qaratoxmaq qadın”, P.Çaykovski), Xoze (“Karmen”, J.Bize), Radames, Don Karlos (“Aida”, “Don Karlos”, C.Verdi), Kavaradossi (“Toska”, C.Puççini) və s. tamaşalarda əsas partiyaları ifa etmişdir.[3]
Çexoslovakiya, İtaliya, Bolqarıstan, Fransa, Kanada, Yuqoslaviya, Rumıniya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.
Zurab Ancaparidze 1972-ci ildə Tbilisi şəhərinə qayıtmış, V.Saradaşvili adına Tbilisi Konservatoriyasında müəllim, Ş.Rustaveli adına Teatr İnstitutunda kafeda müdiri vəzifələrində işləmişdir. 1979-1982-ci illərdə adına Tbilisi Opera və Balet Teatrının direktoru olmuşdur.
O, 1984-cü ildə professor elmi rütbəsini almışdır.
Zurab Ancaparidzenin səsi qrammofon vallarına yazılmışdır. Milli Kitabxananın Not nəşrləri və Səsyazmaları şöbəsinin fondunda onun səsi yazılmış qrammofon valları CD-lərə köçürülərək mühafizə olunur. Bu CD-lərdə operalardan Abesalomun ariozosu, Abesalom və Murmanın dueti (“Abesalom və Eteri” III və IV hissələr); Malxazın ariozosu (“Daisi” II hissə); Taktakişvili O. Mindiyanın iki ariyası (“Mindiya” I və II hissələr); Verdi C. Rodomesin romansı, Aida və Rodomesin səhnəsi və dueti (“Aida” I-III hissələrdən); Bize C.Yekun səhnə (“Karmen”) hissələr vardır.
O, 1961-ci ildə Gürcüstan Respublikasının “Xalq artisti”, 1966-cı ildə isə “SSRİ Xalq artisti” fəxri adlarına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur.
Zurab İvanoviç Ancaparidze 1997-ci il aprel ayının 12-də Tbilisidə vəfat etmişdir.
Xatirəsini əbədiləşdirmək məqsədilə 1998-ci ildə Gürcüstanda yaşadığı evə xatirə lövhəsi vurulmuş, Z.Ancaparidze Fondu yaradılmışdır.[4]
Mükafatları
- SSRİ xalq artisti (1966)
- Gürcü SSR Dövlət mükafatı laureatı (1971)
- Professor (1983)
İstinadlar
- Анджапаридзе Зураб Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Bibliothèque nationale de France Zourab Andjaparidze // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 482. ISBN 978-9952-441-02-4.
- Ancaparidze Zurab İvanoviç //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1976.-C.I.- S.370.