Zorndorf döyüşü
Zorndorf döyüşü 1758 — Polşanın Kostşina məntəqəsindən 10 km şimal-şərqdə yerləşən Zorndorf (müasir Sorbino)yanında baş verən Yeddillik müharibənin döyüşlərindən biri. Genearal-anşef V. V. Fermorun komandanlığı altında olan (42 min adam 240 top) rus ordusu Şərqi Prusiyanı tutaraq, Berlindən 100 km şərqdə durmuşdu və avstriyalı qoşunları ilə birləşdikdə Prusiya paytaxtını zərbə altına alırdı. II Fridrix avstriyalılara qarşı qoşunların bir hissəsini Sileziyada saxlayaraq, əsas qüvvələrlə(33 min adam 116 topla) rus qoşunlarını onların avstiyalılarla birləşməsindən öncə darmadağın etmək qərarına gəldi. Fermor rus ordusunu Zorndorf yaxınlığında döyüş üçün əlverişsiz mövqedə yerləşdirdi: mövqenin ortasındakı dərə, qarşılıqlı hərəkətliyi məhdudlaşdıraraq ordunu iki yerə bölürdü, ordunun araxsındakı yüksəkliklər ərazi üzərində üstünlüyə malik idi, ordunun qarşısında axan bataqlıqlı bulaq üzərindəki keçidlər rus ordusu tərəfindən nəzarətə götürülməmişdi. Bundan istifadə edən II Fridrix prus ordusunu rus ordusunun arxasına çıxardı, yüksəklikləri tutdu Fermoru ordusunu 180 dərəcə özünə qarşı çevirməyə məcbur etdi. Prus ordusunun döyüş qaydası iki cərgədən ibarət idi. İki saatlıq top atəşindən sonra, qoşunlarının 2/3 sol cinahda cəmləşdirərək "çəpinə döyüş qaydası" ilə rus ordusunun sağ cinahına zərbə endirdi. Rus kirasirləri və qrenaderları sərrast atəşlə prus piyada hucumunu dayandıra bildilər, əks hucuma keçdilər və prusları qaçmağa məcbur etdilər, lakin II Fridrixin döyüşə daxil etdiyi süvarilər cinah və arxadan zərbəsi ilə rus qrenaderlarını məğlub etdi və onları böyük itkilərlə əvvəlki mövqelərinə çəkilməyə məcbur etdi. Günorta saat 2-də döyüş qaydalarını sağa doğru çəkərək və süvariləri sağ cinaha ötürərək rusların sol cinahına zərbə endirdi, lakin bu istiqamətdə də "çəpinə hucum", rusların müqaviməti ücundan o qədər də uğrulu alınmadı. Ruslar ilk olaraq süngü döyüşündə prusları sıxışdırsalar da. süvarilərin təzyiqinə dözə bilmədilər. və geri çəkilməyə başladılar. Bundan sonra başlanan rusların mərkəzinə və sağ cinahına qarşı hucumlar tüfəng və top atəşi ilə dəf edildi. Böyük itki(ruslar 17 minə yaxın adam və 60 -dan çox top, pruslar 11 mindən çox adam və 36 top) verərək tərəflər Zorndorfdan çəkildilər: rus ordusu Landsberq tərəfə, pruslar Küstrinə. Döyüş prusların üstünlüyü ilə bitdi.
Zorndorf döyüşü | |
---|---|
Tarix | 25 avqust (5 sentyabr) 1758[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Mənbə
- Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год. Т.8
İstinadlar
- Цорндорф (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1903. Т. XXXVIII. С. 295.