Zori

Zori (草履) – ənənəvi düz və dabanlı yapon səndəlləri. Yaponlar bu cür səndəlləri Edo dövründən bəri geyinir. Zorinin setta adlı növünün dabanı isə daha hündürdür və qarda gəzmək üçün əlverişlidir. Bu cür səndəllər çox möhkəmdir və sağlamlığa xeyirli olduğu deyilir.[1]

Kişi zoriləri.

Zorinin daban hissəsi sintetik materialdan və ya dəridən hazırlanır. Zori yukata, kimonocinbeylə birlikdə geyinilsə də, müasir dövrdə şalvarla da geyinilir. Yukata geyinərkən alçaq dabanlı zorilərdən istifadə olunur. Hündür dabanlı zorilər isə kimono geyinərkən istifadə olunur. Zoridən istifadə edərkən tabidən də istifadə olunur.[1]

İstinadlar

  1. "Japon terliği zori". Asialogy (türkçe). 19 oktyabr 2018 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.