Zoqar

Zoqar (ibranicə "şəfəq", "işıq" deməkdir) — Kabbalanın ən məşhur kitabı sayılır. Kabbalistlərə görə, eramızın II–III əsrində ravvin Şimon bar Yoxayem tərəfindən yazılmış və XIII əsrdə Moşe de-Leon tərəfindən nəşr edilmişdir. Məşhur yəhudi dinşünas Gerşom Şolemin fikrincə, Moşe de Leon özü bu kitabı qələmə almış və Şimon bar Yoxayanın əsəri kimi göstərmişdir.

Zoqar
Zoqar
Kitabın ilk nəşrinin üz qabığı
Kitabın ilk nəşrinin üz qabığı
Müəllif Şimon bar Yoxayem
Janr din
Orijinalın dili arami
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmunu

Rəvayətə görə, ravvin Şimon bar Yoxay oğlu ilə birgə mağarada Kabbalanın sirlərini öyrənmiş, sonra isə öyrəndiklərini tələbələrinə tədris edərək, nəticədə "Zoqar" adlı kitabı yazmışdır. Kabbala ilə məşğul olanlar bu əsəri kabbalist təfəkkürünün əsası hesab edir və ona güclü mənəvi qüvvə kimi yanaşırlar. Onların əksəriyyəti tövsiyə edirlər ki, bu kitab hər evdə olmalıdır. Kabbalistlərə görə, əgər bir adam səslə "Zoqar"ı oxusa və oxuduğundan heç nə anlamasa belə, bu kitabdan şüuraltı səviyyədə fayda götürəcəkdir. XVI əsrdə "Zoqar" elə nüfuza malik idi ki, onu hər alim əldə etmək istəyirdi. Orta əsrlərdə kitabın oxucuları, əsasən, yəhudi mistisizmi ilə maraqlanan xristianlar idi. Onlar bu təlimi dinlərinə uyğunlaşdırmağa çalışmışlar.

"Zoqar" kitabı Toranın təfsiri mahiyyətində yazılmışdır, lakin digər təfsirlərdən fərqli olaraq, burada mistik ilhamlar və İsrail xalqının məşhur müəllimləri barədə rəvayətlər çoxluq təşkil edir. Kitabın ən maraqlı məqam ravvin Şimon və onun həmkarları arasında baş verən mübahisədir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.