Zopun

Zopun (əvvəlki adı: Zupun) — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Zupun kəndi Zopun kəndi adlandırılmışdır.[1] 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zopun kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.[2]

Zopun
39°10′46″ şm. e. 48°24′31″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.039 nəf. (2009)
Zopun xəritədə
Zopun
Zopun

Toponimikası

Yaşayış məntəqəsi XVI əsrin əvvəllərində hazırda mövcud olmayan Əsədkənddən çıxmış ailələrin Zopun adlı sahədə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını eyniadlı dağın adından almışdır. Kəndin adı bir müddət Zupun şaklində qeydə alınmışdır. 2001-ci ildən bu ad Zopun kimi rəsmiləşdirilmişdir.[3]

Coğrafiyası və iqlimi

Kənd Burovar silsiləsinin ətəyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1039 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.