Zoonozlar

Zoonozlar - (yunanca zōon — heyvan, canlı varlıq və nósos — xəstəlik) təkamül prosesində heyvanların müəyyən növündə parazitlik etməyə uyğunlaşan törədicilərin əmələ gətirdiyi yoluxucu xəstəliklər.

Zoonozlar
DiseasesDB 28555
MeSH D015047
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaramal taunu, donuz taunu, pasterellyoz və s. zonozlara aiddir. Sanitar-iqtisadi şərait pis olduqda zoonozlar insanlar arasında da baş verə bilər. İnsanlara xəstə heyvandan keçir və onlar bu xəstəliyi yoluxdurmurlar.

Profilaktikası

Ət-süd məhsullarından düzgün istifadə etmək, bəzi xəstəliklərə (taun, qarayara, bruselyoz və s.) qarşı peyvəndlər vurmaq və s.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.