Zoomorfizm
Zoomorfizm — insanlara heyvan xüsusiyyətlərini aid etməkdir. Çox tez-tez heyvan obrazında tanrıların təsəvvürlərini ifadə etmək üçün, müqəddəs heyvanlar isə - tanrıların mahiyyətinin təcəssümü kimi istifadə olunur. Bu, bir çox qədim politeist dinlərin (məsələn, qədim Misir) və bəzi müasir dinlərin (məsələn, Hinduizm) vacib elementidir.
![](../I/Guardians_of_Day_and_Night%252C_Han_Dynasty.jpg.webp)
![](../I/Lauterbach_Stadtkirche_T%C3%BCrgriff_513.JPG.webp)
Zoomorfizm qədim skiflərin, sarmatların, meotların mədəniyyətində mövcud idi, sonrakı arxeoloji mədəniyyətlərin böyük əksəriyyətində rast gəlinir və onların hamısında zoomorfizm "heyvan üslubu" - ən zərif zərgərlik və metallurgiya sənəti şəklində təqdim olunur.
İngilis dilli psixoloji ədəbiyyatda zoomorfizm antropomorfizmdən daha az nəzərə alınır. 2008-ci ilə kimi, Amerika Psixoloji Assosiasiyasının PsycINFO elmi bazasında antropomorfizmlə bağlı 186 nəşr olduğu halda, zoomorfizmlə bağlı yalnız dörd nəşr var idi. K.Gerbasi bunun antroposentrizmlə izah oluna biləcəyini təklif edir.