Zombi

Zombi — filmlərdə, seriallarda və oyunlarda tez-tez görünən məxluq. Onlar insan əti ilə qidalanan yenidən dirilmiş cəsədlərdir. Zombilər yavaş hərəkət edən, ağılsız və vəhşi varlıqlar kimi təsvir edilirlər. Onlar adətən yoluxucu xəstəliklər nəticəsində ortaya çıxırlar. Zombilərin mənşəyi müxtəlif mədəniyyətlərə və onların folkloruna gedib çıxır. Haiti folklorunda zombilərin cadugər tərəfindən sehrli vasitələrlə həyata qaytarılan fərdlər olduğu deyilir.[1][2]

Vudu Zombiləri

Bir Haitili zombi şəkər qamışı tarlasında

Vudu inancına görə ölü, bir insan və ya mambo tərəfindən yenidən dirildilə bilər. Zombilərin öz şüurları və ya istəkləri olmadığı üçün bokor ya da mambonun idarəsi altındadırlar. Zombi eyni zamanda vudunun ilan tanrısı Niger-Konqonun adıdır. Konqo dilində istifadə edilən və tanrı mənasını verən "nzambi" sözcüyünə bənzəməkdədir.

1937-ci ildə Haitidəki ənənə və adətlər üzərində edilən bir araşdırma əsnasında Zora Nil Hörston, 1907-ci ildə 29 yaşındaykən ölmüş və basdırılmış Felisia Feliks-Mentor ilə əlaqədar bir söz-söhbətlə qarşılaşdı. Kəndlilər ölümündən 30 il sonra Felisianı yollarda havalanmış bir şəkildə və yanında bir neçə adam ilə birlikdə gedərkən gördüklərini söyləyirdilər. Hörtson bu bəhs edilən insandan çox məlumat verməyə istəkli fərdlər tapa bilmədi. Hörston bir yazısında bu mövzuya toxunmuşdur:

"

"Əgər elm qəbilə mərasimlərindəki fiqurlar yerinə Haiti və Afrikadakı Vudunun təsiri altına ensə, bu günə qədər tibb elmi tərəfindən bilinməyən bir sıra tibbi sirrlərin gücünə çatacaqdır"[3]

"

1980-ci illərdə Kanadalı etnobotanist Ueyd Devis zombilerin farmakoloji vəziyyəti ilə əlaqədar iki kitab nəşr etdi; "The Serpent and the Rainbow" (İlan və Göy qurşağı) (1985) və "Passage of Darkness: The Ethnobiology of the Haitian Zombie" (Qaranlığın keçidi: Haitili zombilərin etnobiologiyası) (1988). Devis 1982-ci ildə Haitiyə getmiş və orada etdiyi araşdırmalar nəticəsində, yaşayan bir insanın iki xüsusi növ tozu götürməsiylə bir zombiyə çevrilə biləcəyini iddia etmişdi. Birincisi "coup da poudre" (Fransızca: toz çarpması) içərisində olan tetrodotoksin (TTX) maddəsi səbəbiylə ölü bənzəri vəziyyətə səbəb olar. Tetrodotoksin Yaponların yemək zövqünü meydana gətirən, fugu ya da kirpi balığı içində olan zəhərli toksin ilə eyni xüsusiyyətlərə malikdir. Öldürücü təsiri olan bu maddənin 1 mq dozası insanı günlərlə şüuru açıq olmasına baxmayaraq, yarı ölü bir vəziyyətdə buraxa bilər. İkinci toz isə (qarışıqlıq verən qallüsinasiya təsiri vardır) insanı şüursuz və öz istəyi xaricində hərəkət edən zombi bənzəri bir vəziyyətə gətirir. Devis eyni zamanda bu təcrübələri yaşamış Klervius Narkissenin hekayəsini də məşhurlaşdırmışdı. Devidin etdiyi işlərin həqiqəti və doğruluğu üzərində hələ də şübhə baxışlar vardır.

İstinadlar

  1. "Sacramento News & Review — Best of Sacramento". Newsreview.com. 2011-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-21.
  2. "2001". Trashfilmorgy-gallery.com. 2011-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-21.
  3. Gallaher, Tim (1997). Zora Nil Hörston, Amerikalı yazıçı Arxivləşdirilib 2006-11-06 at the Wayback Machine

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.