Zoman

Zoman (metilflorfosfin turşusunun pinakolin efirdir) — rəngsiz, zəif kamfora iyi verən mayedir. Sıxlığı 1,02 q/sm3, qaynama temperaturu 2000 °C, donma temperaturu mənfi 800 C-dir. Suda həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur.

Zoman
Ümumi
Kimyəvi formulu C₇H₁₆FO₂[1]
Molyar kütlə 0 kq[1]
Fiziki xassələri
Sıxlıq 1,0131 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −80 °C
Qaynama nöqtəsi təq. 190 °C
Təsnifatı
CAS-da qeyd. nöm. 96-64-0
PubChem
ChEBI 9195
ChemSpider

Toksiki xassələrinə görə zoman zarindən güclüdür, onun buxarları zarin buxarlarından 3–4 dəfə çox toksikdir. Maye — damla halında isə zarindən 15–20 dəfə toksikdir. Zoman öz zəhərləyici xassələrini su tutumlarında 2,5 ayadək saxlayır. Zəhərlənmənin ilkin əlamətləri – göz bəbəklərinin daralması (mioz), bronx tutmaları, ağız suyu və tər ifrazının artması, ürək döyüntülərinin qısamüddətli şiddətlənib, sonra isə sakitləşməsini göstərmək olar.

İlk yardım

Zoman buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərli zonadan çıxarmaq lazımdır. Əgər tibbi preparatlar varsa, zərərçəkənə antidot (zəhərlənməyə qarşı həblər) vermək lazımdır. Zoman damcıları geyimlərin və bədənin açıq yerlərinə düşdükdə, həmin yerləri dərhal ammonyakın sulu məhlulu və ya fərdi kimyəvi paketdə olan polideqazasiya mayesi ilə təmizləmək lazımdır. Bundan sonra zəhərlənmiş şəxsi yaxınlıqdakı tibb məntəqəsinə çatdırmaq lazımdır.

Deqazasiya

xlor əhəngi, qələvi, ammonyakın suda məhlulu.

İstinadlar

  1. SOMAN (ing.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.