Zolaqlı kərtənkələ
Zolaqlı kərtənkələ (lat. Lacerta strigata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Uzunluğu 25 sm çatır. Cavan kərtənkələlərdə adətən rəng qəhvəyi-zeytunu olur. 5 xətdən ibarət zolaq keçir. Böyüklərdə isə parlaq-yaşıl olur və üstəlik qara nöqtələr müşahidə edilir. Çütləşmə zamanı baş, boğaz mavi rəng alır.
Zolaqlı kərtənkələ | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Lepidosauromorpha Dəstəüstü: Lepidosauria Dəstə: Fəsiləüstü: Lacertoidea Fəsilə: Yarımfəsilə: Lacertinae Triba: Lacertini Cins: Növ: Zolaqlı kərtənkələ |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Otlaqlar, çöllüklər və su tutarlarının kənarlarını daha çox sevirlər. Əsasən Cücülər və Onurğasızlarla qidalanırlar. Sürətli canlıdır. Təhlükə zamanı quyruğunun bir hissəsini qoyaraq qaçır.
Yumurta qoyaraq çoxalır. Dişilər 5–9 yumurta qoyur. Bir mövsüm ərzində 2 dəfə yumurta qoyurlar. Balalar 7–8 sm uzunluğa malik olurlar. Balalar avqust ayında yumurtadan çıxırlar. Bu növ əsasən Qafqazda (Azərbaycan), cənub-şərqi Türkmənistan, şimali İran, İraq, şərqi Türkiyə ərazilərində yayılmışdır.
İstinadlar
- The Reptile Database (ing.). / P. Uetz 2015.
Ədəbiyyat
- Eichwald, 1831: Zoologia specialis, quam expositis animalibus tum vivis, tum fossilibus potissimuni rossiae in universum, et poloniae in specie, in usum lectionum publicarum in Universitate Caesarea Vilnensi. Zawadski, Vilnae, vol. 3, p. 1–404 (text).
- Bernhard Grzimek, Het Leven Der Dieren Deel VI: Reptielen, Kindler Verlag AG, 1971 ISBN 90 274 8626 3