Zoi Ştraub
Zoi Ştraub (alm. Zoë Straub; 1 dekabr 1996[1], Vyana, Avstriya) və ya sadəcə Zoi (alm. Zoë) — Avstriya müğənnisi, söz yazarı və aktrisası. O, Avstriyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Zoi Ştraub | |
---|---|
alm. Zoë Straub | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Zoi Ştraub alm. Zoë Straub |
Doğum tarixi | 1 dekabr 1996[1] (27 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, aktrisa |
Fəaliyyət illəri | 2002–h.h. |
Janr |
|
Musiqi aləti | vokal |
Səs tembri | soprano |
Albom şirkəti | Global Rockstar Music |
zoe-official.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və musiqi karyerası
1996–2014: Erkən illəri
Zoi Ştraub 1 dekabr 1996-cı ildə Avstriyanın paytaxtı Vyanada musiqiçi ailəsində anadan olmuşdur. Zoinin valideynləri Kristof və Rumina Ştraub Papermoon musiqi qrupunun üzvləridir.
Zoi altı yaşında ikən valideynlərinin birlikdə yaratdığı Papermoon qrupunun mahnılarından birini ("Doop Doop (Baby Remix)") ifa etmişdir. 2007-ci ildə o, Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. Zoi Vyanada yerləşən Lycée Français de Vienne məktəbində təhsil almışdır.
2015–hal-hazırda: Karyeranın başlanğıcı və Avroviziya
Zoi 2015-ci ildə Avstriyanın Vorstadtweiber teleserialında rol almışdır. Həmin ildə Ştraub eyni zamanda "Quel filou" mahnısı ilə Avstriyanın 2015 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və nəticədə üçüncü yerdə qərarlaşmışdır. 2015-ci ilin oktyabr ayında ifaçının Debut adlı ilk studiya albomu işıq üzü görmüşdür.
2016-cı ilin yanvar ayında Avstriyanın ÖRF telekanalı Zoinin 2016 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil edilən milli seçim turunun iştirakçılarından biri olduğunu təsdiqləmişdir. Zoinin yarışmada ifa etdiyi "Loin d'ici" mahnısı ifaçının özü və atası Kristof Ştraub tərəfindən bəstələnmişdir. Seçim turunda həmin mahnı ilə qalib gələn Zoi Avstriyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmək hüququ əldə etmişdir.[2]
Zoi 10 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 12-ci səhnə almışdır. Nəticədə isə 170 xalla 7-ci yerdə qərarlaşaraq, müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdır. Finalda bir daha öz mahnısını ifa edən Ştraub 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 151 xal toplayaraq, 13-cü yerdə qərarlaşmışdır.
2017-ci ildə Zoi Avstriyanın 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün beynəlxalq münsiflər heyətinin üzvü seçilmişdir. İfaçı eyni zamanda San-Marinonun 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda münsif olaraq iştirak etmişdir.
Diskoqrafiya
Albomlar
Albom adı | İl |
---|---|
Debut | 2015 |
Sinqllar
Mahnı adı | İl |
---|---|
"Quel filou" | 2015 |
"Je m'en fous" | |
"Mon cœur a trop aimé" | |
"Loin d'ici" | 2016 |
"La nuit des merveilles" | |
"Dangerous Affair" | 2017 |
İstinadlar
- Zoe Straub // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- "ZOË to represent Austria!". eurovision.tv. Avropa Yayım İttifaqı. 12 fevral 2016. 2016-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
Əvvəlki: The Makemakes "I am Yours" |
Avstriya Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: Neytan Trent "Running on Air" |