İnnab

İnnab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi.

İnnab
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Triba:
Paliureae
Cins:
İnnab
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  28594
NCBI  72171
EOL  59534
FW  56047

İnnab Azərbaycanın subtropik rayonlarında – Samur-Dəvəçi ovalığında, Abşeronda, Kür-Araz çayları ətrafındakı rayonlarda qədimdən becərilir. Hazırda innabın Abşeronda "Azərbaycan", "Abşeron", "Şirvan" və "Tacikistan" sortları vardır. Bundan başqa Respublikamızın bir neçə rayonlarında innaba həyətyanı sahələrdə tək-tək olsa da rast gəlinir.

İnnab çox faydalı, uzun ömürlü və bəhrəli bitkidir. Onun gövdəsinin aşağıya doğru meyl etmiş budaqları üzərində sıx sürətdə yerləşmiş yarpaqları vardır ki, bu yarpaqlar ağaca xüsusi gözəllik verir. İnnabın yaşıltəhər sarı rəngli gözəl çiçəkləri də vardır. Bunlar ulduzvarı şəkildə yerləşmişdir. İnnabın nəzəri cəlb edən sarı-qırmızı rəngli, şirin dadlı, xoş ətirli meyvələri olur. Meyvələrinin çox mühüm müalicəvi əhəmiyyəti vardır. İnnab iyun ayının əvvəlində çiçək açır, meyvələri oktyabırda yetişir.

İnnabda aşağıda qeyd olunan bir sıra müalicəvi əhəmiyyətli maddələr vardır: karotin, C vitamini (400 mq %), şəkər (60 %-ə qədər), üzvi turşular (1,6 %) və pektin maddələri və s. Bundan başqa meyvələrdə yod birləşmələri də müəyyən edilmişdir. Buna görə də meyvələrini təbabətdə uremiya və ur xəstəliklərinin müalicəsi üçün işlədirlər. İnnabın yarpaqları da faydalıdır. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yarpaqlarında 1,7 keyidici (anesteziedici) maddələr vardır. Ona görə də yarpaqlarını qurudub çay kimi dəmləyərək ağciyər xəstəliyinə tutulanlara sakitləşdirici və iltihabı aradan qaldırıcı dərman kimi işlədirlər. Köklərindən spirtli cövhər (ekstrakt) şəklində fiziki və zehni yorğunluqlarda, eləcə də ağır xəstəlik keçirən zəifləmiş adamlara qüvvətverici kimi istifadə edilir.

İnnab çox faydalı bitkidir, onun respublikamızda geniş miqyasda becərilməsi zəruridir.

Xalq təbabətində istifadəsi

Xalq təbabətində innab mürəbbəsi quru öskürəyə qarşı sinəyumşaldıcı vasitə kimi işlədilir. Qurudulmuş innabın yarpaqlarından çay dəmlənib, sidik kisəsinin iltihabında sidikqovucu dərman kimi qəbul edilir. İnnabın meyvələri qan təzyiqini aşağı salmaq üçün istifadə edilir.

Onu nəzərə almaq lazımdır ki, innab gеc və çətin həzm olunur. Roma həkimi Qalеn (130-200 illər) onun haqqında belə yazır: "Mən innabda sağlamlığı qorumaq və ya xəstəliyin qabığını almaq gücünün hеç izini də görmədim, lakin onun pis həzm olunması və insana az qida vеrməsi haqqında məlumatım vardır".

Əslində, innabın bir sıra xеyirli cəhətləri də vardır. Qalеndən fərqli olaraq Məhəmməd Mömin (? – 1697) innabın mahiyyətini daha obyеktiv qiymətləndirirdi: "Innab mеyvəsi boğaz və ağ ciyərə xеyirlidir, qanı təmizləyir və onun əmələ gəlməsinə səbəb olur. Sidikqovucu vasitə alaraq böyrəklərə xеyirlidir. Bu qida böyrək xəstəliklərində xеyirlidir. Ancaq innab tеz həzm olunmur. Əgər o çox yеyilsə köp vеrər. Yaxşı həzm olunması üçün, onu yеməkdən əvvəl gülabda islatmaq lazımdır. Mütəmadi olaraq həddindən çox yеyilərsə, bu zaman kişilərdə cinsi qabiliyyəti zəiflədər. Əgər innabı iskəncəbində (sirkə ilə balın qaynanmış qarışığı) və ya kasnı cövhərində qaynadılıb içsələr, o, ödü qovur və qan təzyiqini aşağı salır.

Еlmi təbabətin gətirdiyi dəlillərə əsasən, innabın şirin, yеməli mеyvəsinin tərkibində 30%-ə yaxın şəkərlər, orqanik turşular, aşılayıcı maddələr, çoxlu C vitamini (400-800 mq %), karotin (A provitamini), rutin, kumarin törəmələri və sair maddələr vardır. Müasir tədqiqatlar müəyyən еdiblər ki, innab yarpaqları mikrobları öldürür. Mеyvənin isti həlimini öskürək zamanı içirlər. O həmçinin yüksək qan təzyiqində məsləhət görülür. Innabın içində olan lifli maddələr zəhərləri, tullantıları, artıq xolеstеrini və ağır mеtalları orqanizmdən çıxarır. Hal-hazırda innab mеyvəsi böyrək və sidik kisəsi iltihabı xəstəliklərində sidikqovucu vasitə kimi də istifadə еdilir. O, ödün ifrazı və çıxması prosеsinə də təsir еdir. Innabı qara ciyər, hipеrtoniya (qan təzyiqini aşağı salan və sidikqovucu vasitə kimi), nəfəs orqanları (qеyd olunur ki, onlar, bronxit, traxеit və boğaz xəstəliklərində boğazı və sinəni yumşaldır) xəstəliklərində pəhrizə daxil еdirlər. Innabın yarpaq və qabığının həlimini ağ ciyər xəstəliklərinə qarşı içirlər, dəri xəstəliklərində isə bədənin üzərinə qoyurlar.

Növləri

  • Ziziphus abyssinica Hochst. ex A.Rich.
  • Ziziphus acutifolia (Griseb.) M.C. Johnst.
  • Ziziphus amole (Sessé & Moc.) M.C. Johnst.
  • Ziziphus attopensis Pierre
  • Ziziphus chloroxylon (L.) Oliv.
  • Ziziphus cinnamomum Triana & Planch.
  • Ziziphus cyclocardia S.F.Blake
  • Ziziphus fungii Merr.
  • Ziziphus incurva Roxb.
  • Ziziphus joazeiro Mart.
  • Ziziphus jujuba Mill.
    • Ziziphus jujuba var. inermis (Bunge) Rehder
    • Ziziphus jujuba var. jujuba
    • Ziziphus jujuba f. lageniformis (Nakai) Kitag.
    • Ziziphus jujuba var. spinosa (Bunge) Hu ex H.F. Chow
  • Ziziphus laui Merr.
  • Ziziphus lloydii (Mill.) M.C. Johnst.
  • Ziziphus lotus (L.) Lam.
  • Ziziphus mairei Dode
  • Ziziphus melastomoides Pittier
  • Ziziphus mistol Griseb.
  • Ziziphus montana W.W. Sm.
  • Ziziphus mucronata Willd.
  • Ziziphus nummularia (Burm. f.) Wight & Arn.
    • Ziziphus nummularia var. saharae (Maire) A. Chev.
  • Ziziphus oenopolia (L.) Mill.
  • Ziziphus parryi Torr.
  • Ziziphus piurensis Pilg.
  • Ziziphus pubinervis Rehder
  • Ziziphus rugosa Lam.
  • Ziziphus saeri Pittier
  • Ziziphus spina-christi (L.) Willd.
    • Ziziphus spina-christi var. aucheri (Boiss.) Qaiser & Nazim.
  • Ziziphus strychnifolia Triana & Planch.
  • Ziziphus taylorii (Britton) M.C. Johnst.
  • Ziziphus thyrsiflora Benth.
  • Ziziphus xiangchengensis Y.L. Chen & P.K. Chou
  • Ziziphus yucatanensis Standl.
  • Ziziphus zeyheriana Sond.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.