Ziyilli çömçəxul

Ziyilli çömçəxul (lat. Benthophilus granulosus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.

Ziyilli çömçəxul
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Ranqsız:
Acanthomorpha
Dəstəüstü:
Acanthopterygii
Klad:
Percomorpha
Dəstə:
Fəsilə:
Növ:
Ziyilli çömçəxul
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  637027
NCBI  637951

Yayılması

Xəzərin endemik növü olub Azərbaycan sahillərində azsaylıdır, orta və cənub hissələrində yayılmışdır. Volqa çayının aşağı qollarında mövcuddur.

Morfoloji əlamətləri

D III-IV, I 8-9, A I 6-8-dir.Bədənin ön hissəsində xüsusən baş nahiyəsində daha çox enlənmiş, burnu girdədir. Başın üst hissəsi yastı olub yalnız gözlərin arasında yüngülcə çökəkdir. Çənəsində pərşəkilli bığcıq var. Ağzın küncləri arxasında dəri qırış zəif inkişaf etmişdir. Bədəni və başı üstdən və böyürlərdən çox xırda eyni ölçülü ziyillərlə sıx örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri tünd qonur xal var. Çənəsinin altında qısa bığcıq yerləşir. Uzunluğu 5-6 sm-ə qədər olur.

Yaşayış yeri və həyat tərzi

Dənizin 2 m-dən 200 m-ə qədər dərinliyində yaşayır. Duzlu sularda yaşayırlar. Yayda sahilə yaxın zonalarda, qışda isə dənizin dərinliklərində yaşayır. Əsasən molyusklarxərçəngkimilərlə qidalanır.[2]

Çoxalması

1 il ömru var. Cinsi yetkinliyə 6-7 ayında çatır. İyun-iyul aylarında suyun səthində görünməyə başlayırlar. Dişi balıqlar kürülədikdən sonra ölürlər.[3]

Təsərrüfat əhəmiyyəti

Vətəgə əhəmiyyəti yoxdur.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
  3. "Arxivlənmiş surət". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.