Ziyilcikli gərməşov
Ziyilcikli gərməşov (lat. Euonymus verrucosus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Ziyilcikli gərməşov | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Celastroideae Cins: Növ: Ziyilcikli gərməşov |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
Kiçik Asiyada, Skandinaviyada, Orta Avropada təbii halda yayılmışdır. İlk dəfə Balkan yarımadasında təsvir edilmişdir.
Botaniki təsviri
Alçaqboylu (1–2 m) koldur. Cavan zoğları sıx, kütləşmiş, qaramtıl ziyillərlə örtülüdür. Yarpaqları açıq-yaşıldır, ellips və ya uzunsov ellipsvarı formalıdır, kənarları xırda dişlidir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, çiçək saplağı uzundur, hər saplaqda 7-yə qədər çiçək olan çiçək qrupu yarımçətirdə yerləşir. Kasacığı 4 dilimlidir, ləçəkləri tünd-qırmızı və ya yaşılımtıl-boz rənglidir. Xoşa gəlməyən ağır iyi vardır. Meyvəsi avqust-oktyabr aylarında yetişir. Meyvəsi 4 bölümlü qutucuqda olmaqla saplaqdan asılmış vəziyyətdədir. Toxumu yumurtavarı, qara, parlaq, yarıya qədər qırmızımtıl örtüklə örtülüdür.
Ekologiyası
Rütubətli ərazilərdə, humusla zəngin torpaqlarda yaxşı bitir. Şaxtayadavamlıdır.
Azərbaycanda yayılması
Böyük və Kiçik Qafqazda, Lənkəran zonasında, Naxçıvanın meşə və kolluqlarında bitir.
İstifadəsi
Payızda qırmızımtıl meyvəsi və sarımtıl-çəhrayı yarpaqları çox gözəl olur.