Ziyalı
Ziyalı və yaxud intelligensiya (lat. intelligentia - dərketmə, anlama, bilik) — cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir.
Ziyalı ilk dəfə olaraq 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlədilmişdir. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdır.
O Qərbdə işlədilən intellektual anlayışı ilə çox yaxındır.
Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edir. Ziyalılar onun zənnicə cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və profosional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxili olduğu sosial təbəqəyə deyilirdi.
Nikolay Berdyayev sonralar bu anlayışı genişləndirərərk, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsini də buraya daxil edir.
Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir.
Ziyalı məfhumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir. Ziyalıların cəmiyyətin inkişafında, problemlərinin dərk edilərək həll edilməsində vəzifələri böyükdür.\\