Ziyafət Balıyev

Ziyafət Balıyev (7 iyul 1965, Yeni Daşkənd, Bərdə rayonu13 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu) — Azərbaycan Daxili Qoşunlarının baş çavuşu, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Ziyafət Balıyev
Ziyafət Qurban oğlu Balıyev
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyul 1965(1965-07-07)
Doğum yeri
Vəfat tarixi 13 sentyabr 1992(1992-09-13) (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi[d]
Hərbi fəaliyyəti
Rütbəsi Baş çavuş
Təltifləri "Hərbi xidmətlərə görə" medalı

Həyatı

Ziyafət Balıyev 7 iyul 1965-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1983–1985-ci illərdə sovet ordusu sıralarında serjant rütbəsilə hərbi xidmətdə olmuşdur.[1]

1985–1990-cı illərdə Bərdə rayon 4 saylı ƏNG-da sürücü işləmişdir.

1990–1992-ci illərdə Bərdə rayon DİŞ-də polis baş serjantı olmuşdur. 24 mart 1991-ci ildə PPX taqımının tərkibində Ağdərə döyüş bölgəsinə göndərilmişdir. Dəfələrlə erməni quldurlarının xeyli sayda canlı qüvvəsini məhv etmişdir.

13 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Məzarı Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığındadır.

Ziyafət Balıyev ölümündən sonra 15 yanvar 1995-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.[2]

Həmçinin bax

Ədəbiyyat

İstinadlar

  1. Mir Cəfər. Bərdə şəhidləri. Bakı, Sabah, 2005. səh. 25–26
  2. "Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupunun təltif edilməsi haqqında". 2012-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.