Ziyadxan Əliyev (əsgər)
Şablon:"Cəsur Döyüşçü" medalı
Ziyadxan Əliyev | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1997(1997-01-12) |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 2020(2020-09-30) (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Kürdəmir Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
![]() ![]() |
Şablon:"3-cü dərəcəli Vətənə xidmətə görə " ordeni Ziyadxan İbrahim oğlu Əliyev (12 yanvar 1997, Carlı, Kürdəmir rayonu – 30 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub.[1] Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən idi. 2003-2012-ci illərdə Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Qubadlı rayonunun Fərcan kənd tam orta məktəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (ATU) “Kompüter mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi.
Ziyadxan Əliyev REAL Partiyasının üzvü idi.
Hərbi xidməti
Ziyadxan Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.[2]
Azərbaycan Ordusunun əsgəri olan Ziyadxan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı hərbi hospitalda müalicə alırdı.[2] Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olub.[2] Könüllü olaraq döyüş meydanına yollanan Ziyadxan Əliyev, yaralı hərbçiləri təxliyə edən zaman 1 oktyabrda Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə[3] erməni tərəfinin snayper gülləsi ilə şəhid olub.[2] Kürdəmirin Şəhidlər Xiyabanında dəfn olunub.[2]
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
(29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[5]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- "Şəhid Ziyadxan Əliyev dəfn edildi". www.youtube.com (
YouTube portalı / "Portağal Media" səhifəsi). 02.10.2020. İstifadə tarixi: 30.11.2020.
- "Şəhidlərimizi tanıyaq və tanıdaq: Əliyev Ziyadxan İbrahim oğlu". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-23.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.