Ziya Ağa

Ziya Ağa (16 mart 1991, Muradbəyli, Ağdam rayonu) — aktyor, arxiv kadrlarda və filmlərdə iştirak edən. Akademik Milli Dram Teatrının aktyoru, Yuğ Dövlət teatrının aktyoru,"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru (2021–2022). Prezident mükafatçısı.

Ziya Ağa
Ziya Səbuhi oğlu Ağa
Doğum tarixi 16 mart 1991(1991-03-16) (32 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Atası Səbuhi Ağayev Asəf oğlu
Anası Zəhra Ağayeva Abdulla qızı
Fəaliyyəti aktyor
Təhsili
Boyu 180 sm
Çəkisi 80 kq

Həyatı

Ziya Ağa 1991-ci ildə Ağdam şəhəri Muradbəyli kəndində anadan olub.2009–2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. İkinci təhsil olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatr və kino aktyoru" ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

İlk dəfə 2013-cü ildə rejissor Pərviz Seyidlinin quruluş verdiyi festival üçün nəzərdə tutulmuş "Sus" qısa metrajlı bədii filmdə əsas rollardan birinə çəkilib. Daha sonra 2013-cü ildə İlqar Fəhminin ssenariləşdirdiyi "Qurbağa" adlı qısa metrajlı bədii filmə dəvət alıb və uğurlu bir obraz canlandırıb."Arzuların ardınca"adlı tammetrajlı bədii filmində əsas obraza çəkilərək tanınmağa başlayıb.

Ziya Ağa teatr aktyoru fəaliyyətində ilk öncə "Səda" Tədris Teatrının səhnəsində bir çox rolları ifa edib. Daha sonra bir müddət "Yuğ"dövlət teatrının nəznində yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr" da fəaliyyətini davam etdirib.2017-ci ildə yaranmış müstəqil Human Teatrınında çalışıb. Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Xalq artisti Azər Paşa Nemətovun dəvəti ilə Akademik Milli Dram Teatrına dəvət olunub və hazırda bir neçə tamaşalarda ifa edir.2019-cu ildə əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin dəvəti ilə Azərbaycan Dövlət YUĞ Teatrına dəvət olunub və hazırda orda çalışır.

2019-cu ildə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "Bulmuşam həqqi…" adlı ədəbi-bədii musiqi proqramında aktyor kimi çıxış edib.

2019-cu ildə Moskvada keçirilən "QİTİS-ustad dərsi" festivalında "Otello əfsanəsi" mistik ballada janrında olan tamaşada göstərdiyi yaxşı performansa görə "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi seçilib.

2020-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin xüsusi proqramlar və xüsusi layihələr departamentinin direktoru vəzifəsinə dəvət olunaraq bir müddət bu vəzifədə çalışıb. Daha sonra "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru vəzifəsinə təyin olunub (2020–2021)

2020-ci ildə[1] və 6 may 2023-cü ildə[2] Prezident mükafatına layiq görülüb.

İştirak etdiyi beynəlxalq təlimlər və festivallar

  • GRBS REDİONAL LEADER AND İNNOVATOR (2012–2013)
  • Master Klass-Caryne Chapman Clark(2017)
  • VGİK 39-cu Beynəlxalq Kino və Teatr Festivalı (Rusiya-Moskva) (2018)
  • 33-cü AMATÖR Tiyatro Festivali (Türkiyə, Dənizli) (2019)
  • QİTİS-Master Klass 2019(Rusiya-Moskva)
  • QİTİS-Master Klass 2020 (Rusiya-Moskva)
  • Master Klass-İqor Koçayev (2021)
  • Gənclərin 4-cü Teatr formu (Özbəkistan) (2021)

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Səda" Tədris Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Tıq-Tıq xanım Nağılçı 2015 Vidadi Həsənov Abdulla Şaiq
Yasəmən ağacı Müəllif 2016 Vidadi Həsənov Natiq Məmmədli
Zorən təbib Sqanarel 2017 Vidadi Həsənov J. B.Molyer
Dəli yığıncağı Doktor Lalbyuz 2017 Fikrət Məlikov Cəlil Məmmədquluzadə
Hərə bir qəhrəman oldu Qəhrəman 2018 Gümrah Ömər Qan Turalı
Bir günəş altında Person 2017 Caryne Chapman Clark Caryne Chapman Clark
Otello əfsanəsi Otello 2018 Gümrah Ömər Vilyam Şekspir
Tiran Edip Edip 2020 Mikayıl Mikayılov Sofokl

"M. Teatr Production"

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Tıq-tıq xanım Tülkü 2016 Vidadi Həsənov Abdulla Şaiq
O, mənimdir "Fənərçi" və 4 nəfərdən biri 2016 Gümrah Ömər Antuan de Sent-Ekzüperi
Bir gecənin nağılı Namiq 2018 Vidadi Həsənov Rövşən Ağayev
"İnstinkt" Fotoqraf 2022 Vidadi Həsənov Vidadi Həsənov
"Yad Qadının məktubu" Yazıçı 2023 Vidadi Həsənov Stefan Sveyq

Human Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Üçüncü Baba 2017 Slavomir Mrojek Pərviz Məmmədrzayev

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
"Çipollino Xəfiyyə 2017 Əlif Cahangirli Canni Rodari
"Bir, iki, bizimki" O 2018 Əlif Cahangirli Kamal Abdulla
"Sinif yoldaşları" Dimitri 2018 Azər Paşa Nemətov Yuri Polyakov
"12-ci gecə və ya hər nə istəsəniz" Ser Endryu Eqyuçik 2019 Azər Paşa Nemətov Vilyam Şekspir
"İsgəndərə yeni namə" İsgəndər Zülqərneyn 2021 Mehriban Ələkbərzadə İlqar Fəhmi


Azərbaycan Dövlət Yuğ Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
"Mənəm mən… Seyid Əli 2019 Mehriban Ələkbərzadə İlqar Fəhmi
"Şəbədə" Əsgər bəy 2022 Gümrah Ömər Mirzə Fətəli Axundzadə


Filmoqrafiya

  1. Sus (film, 2013)
  2. Qurbağa (film, 2014)
  3. Arzuların ardınca... (film, 2015)—Kamil
  4. Qorunan (film, 2015)
  5. Salt, pepper to taste" (film, 2017)
  6. İkinci pərdə (film, 2017)
  7. Yenə o bağ olaydın (film, 2017)
  8. Məryəm (teleserial, 2016)-İlkin
  9. Ögey ana (teleserial, 2017)-İsmayıl
  10. Könül yarası (serial,2018)—Fateh
  11. Dalan (filmi,2018)—Yusif
  12. Qız qalası (filmi, 2018)—Tuncay
  13. Anamın kitabı (serial, 2020) — Səməd

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.