Ziyəddin Məhərrəmov
Ziyəddin Məhərrəmov (tam adı:Ziyəddin Həmil oğlu Məhərrəmov; 31 may 1947, Qoşabulaq, Basarkeçər rayonu) — filologiya elmləri doktoru (2020), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti[1] (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), Azərbaycan Jurnalistlər Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (noyabr, 2007), "Qızıl qələm" mükafatı laureatı (14.06.2013), "Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015), "Şərəf" media mükafatı laureatı (20.05.2015)
Ziyəddin Məhərrəmov | |
---|---|
Doğum tarixi | 31 may 1947 (76 yaş) |
Doğum yeri | |
Elm sahəsi | filologiya |
Elmi dərəcələri |
|
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları | "Qızıl qələm" (14.06.2013) |
Həyatı
Ziyəddin Məhərrəmov 31 may 1947-ci ildə Qərbi Azərbaycanın tаriхi ərаzilərindən olаn Göyçə mahalındаkı Basarkeçər rayonunun Qoşabulaq kəndində аnаdаn olmuşdur. 1960-cı ildə kənd 7 illik məktəbi, 1964-cü ildə Dаşkənd kənd ortа məktəbini, 1969-cu ildə V.İ.Lenin аdınа Аzərbаycаn Dövlət Pеdаqoji İnstitutunun tаriх-filologiyа fаkültəsinin dil-ədəbiyyat şöbəsini, 1985-ci ildə isə Bаkı Аli Pаrtiyа Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin Marksizm-Leninizm Universitetinin Dağlıq-Qarabağ filialını da fərqlənmə diplomu ilə bitirmişdir (1977–1979).
Ziyəddin Məhərrəmov Qoşabulaq kəndində müəllim işləmiş, 1970-ci ildə Həştərхаn vilаyətində hərbi хidmətdə olmuşdur. 1971–1973-cü illərdə Qoşаbulаq kənd ortа məktəbində müəllim işləmişdir. 1973–1975-ci illərdə "Vаrdеnis" rаyon qəzеtində ədəbi işçi işləmişdir.
1975–1976-cı illərdə Şuşa şəhər yеrli rаdio vеrilişləri rеdаksiyаsındа müхbir, Kitаbsеvərlər Cəmiyyəti rаyon təşkilаtının məsul kаtibi işləmişdir.
1976–1983-cü illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsinin təbliğаt-təşviqаt və təşkilаt şöbələrində təlimаtçı, pаrtiyа komissiyаsının sədri, 1983–1985-ci illərdə BАPM-də dinləyici olmuşdur. 1985–1991-ci illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsində təlimаtçı, idеologiyа şöbəsinin müdiri vəzifələrində işləmişdir. Həmin müddətdə Şuşа şəhər Sovеtinin dеputаtı, şəhər icrаiyyə komitəsinin üzvü və sədri (1986), rаyon partiya komitəsinin аpаrаt işçiləri ilk pаrtiyа təşkilаtı bürosunun kаtibi, rаykomun üzvü (1989) sеçilmişdir.
1991–1992-ci illərdə Аzərbаycаn Milli Еlmlər Аkаdеmiyаsı Nizаmi аdınа Ədəbiyyаt Muzеyinin Х.B.Nаtavаn аdınа Qаrаbаğ filiаlının dirеktoru, 1992-ci ildə Хızı Rаyon İcrа Hаkimiyyətində məsləhətçi və bаşçının köməkçisi işləmişdir.
1992-ci ildən Bаkı Sosiаl İdаrəеtmə və Politologiyа İnstitutundа bаş müəllim işləmişdir.
1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dillər kаfеdrаsının dosеnti, 13 noyabr 2013-cü ildən həmin akademiyanın Fəlsəfə və sosial psixologiya kafedrasında dosent vəzifəsində çalışır.
1998-ci ildə Göyçə аşıqlаrının və еl şаirlərinin yаrаdıcılığı istiqаmətində аpаrdığı tədqiqаt üzrə "ХХ əsr Göyçə аşıq mühiti" mövzusundа dissеrtаsiyа müdаfiə еdərək filologiyа еlmləri nаmizədi аlimlik dərəcəsi аlmışdır. 2020-ci ildə "İrəvan ədəbi mühiti (1800–1920-ci illər)" adlı doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
əhərrəmov Ziyəddin Həmil oğlu 16.01.2018-ci il tarixində AMEA-nın Ədəbiyyat institutunun Müdafiə Şurasında doktorluq dissertasiyası müdafiə etmişdir. Filologiya elmləri doktoru üzrə elmi ad almaq üçün AMEA-nın Ədəbiyyat institutunun Dissertasiya Şurasının 16 yanvar 2018-ci il tarixli iclasında doktorluq dissertasiyası təsdiq edilmiş, 15.02.2018-ci il tarixində AAK-a təqdim edilmişdir.
2018-ci il oktyabr ayının 19-da Azərbaycan Aşıqlar Birliyinin üzvü seçilmiş və həmin ilin 22 oktyabr tarixində üzvlük vəsiqəsi verilmişdir.
Mükafatları
"Qızıl qələm" mükafatı laureatı (14.06.2013), Azərbaycan Jurnalistlər Birliyinin (1998) və Azərbaycan Yazıçılar Birliyinin (noyabr, 2007) üzvüdür.
Qarabağ müharibəsi veteranı (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), YAP-ın 20 illiyi ilə əlaqədar Səbail rayon təşkilatının Fəxri fərmanı (21.02.2013) ilə təltif edilmişdir.
"Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015) və "Şərəf" media mükafatı (20.05.2015) laureatıdır.
Ailəsi
Ailəlidir, Namiq, İlhamə, Ruhiyyə, Vüsalə və Orxan adlı iki oğlu, üç qızı var.
Oğlu Namiq Məhərrəmov Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mərkəzi aparatında sədrin köməkçisi vəzifəsində çalışır[2].
Yaradıcılığı
Ziyəddin Məhərrəmovun 2003-cü ildə çap olunan "Sözün yаddаşı əbədidir" kitabında əsasən Şuşanın tarixindən yığcam məlumat verməklə yanaşı, XX əsrin 60-cı illərindən etibarən Şuşada çalışan rəhbər işçilərin fəaliyyətinin bəzi məqamları, onların keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı erməni başçılarının təzyiqlərinə məruz qaldıqları, erməni millətçilərinin torpaqlarımıza və xalqımıza qarşı yönəltdiyi düşmənçilik siyasətinin acı nəticələri, Qarabağ torpaqları uğrunda həlak olan qeyrətli oğullarımızın, qəlbində Qarabağ, Azərbaycan sevgisi olan, özündə Vətən, torpaq təəssübünü yaşadan görkəmli elm adamlarının tərcümeyi-hal oçerkləri də öz əksini tapmışdır[3].
2006-cı ildə "Xatirələrdə yaşayan Əli müəllim" adlı kitabda Azərbaycan dilinin tədrisi metodikası sahəsində tanınmış görkəmli alim, tədqiqatçı, naşir, çoxsaylı monoqrafiyaların, dərsliklərin, müxtəsər və izahlı lüğətlərin müəllifi, pedaqoji elmlər doktoru, professor Əli Abbas oğlu Fərəcovun həyat fəaliyyəti, onunla ünsiyyətdə olan insanların, yaxın dost və tanışlarının xatirələri öz əksini tapmışdır. Burada həmçinin onun xeyirxah əməlləri, insanlara nümunə ola biləcək mənalı ömür yolu barədə söhbət açılmışdır[3].
2008-ci ildə oxuculara təqdim olunan "İrəvan türklərinin ədəbi mətbuat abidəsi: "Lək-Lək" jurnalı" adlı məcmuə XX əsrin birinci onilliyində Qərbi Azərbaycanda — oğuz yurdu İrəvanda 1914-cü il fevral ayının 22-dən həmin ilin 30 iyununadək nəşr olunmuş, cəmi 12 nömrəsi işıq üzü görmüş "Lək-Lək" (əslində senzura sənədlərində "Leylək" (Aist)) jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyadır. "Lək-Lək" "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini davam etdirmişdir[3].
Onun 2010-cu ildə "İrəvanda məktəbdarlıq və maarifçilik: 1800–1920-ci illərdə ədəbi-mədəni mühit" adlanan kitabında qədim tarixə, zəngin ədəbi ənənələrə malik İrəvan xanlığı ərazisində Azərbaycanın Qərb zonasında məktəbdarlıq və mədəniyyətin, o cümlədən maarifçilik ədəbi hərəkatının yaranması və inkişaf xüsusiyyətləri araşdırılmışdır. Müəllif elmi-tarixi mənbələrə, arxiv sənədlərinə və İrəvanda ilk yazılı mətbuat abidələri "Lək-lək", "Bürhani-həqiqət" jurnallarına istinadən ictimai-ədəbi və milli-mədəni fikir tariximizin mənzərəsini işıqlandırmağa çalışmışdır[3].
Ziyəddin Məhərrəmovun publisistikаnın əksər jаnrlаrındа yаzılаrı "Gənc müəllim", "Vаrdеnis", "Sovеt Еrmənistаnı", "Şərq qаpısı", "Sovеt Qаrаbаğı", "Sovet kəndi", "Bərəkət", "Azərbaycan pioneri", "Şuşа", "Rеspublikа", "Аzərbаycаn", "Ədəbiyyat qəzeti", "Ədаlət", "Аzərbаycаn müəllimi", "Qаrаbаğ", "Хаlq qəzеti", "Еksprеss", "Nахçıvаn", "Аzаd Аzərbаycаn" və digər qəzеtlərdə, filologiyаya dаir toplulаrdа, "Azərbaycan", "Laçın yurdu" və "Ozan dünyası" jurnallarında dərc olunmuşdur. "ХХ əsr Göyçə аşıq mühiti" monoqrаfiyаsının (1997), "Unudulmаz sаzlı-sözlü yurdumuz" (2001), "Sözün yаddаşı əbədidir" (2003), "Xatirələrdə yaşayan Əli müəllim" (2006) kitаb-toplulаrın müəllifi, Tərlаn Göyçəlinin "Göyçə аşıq məktəbi" toplusunun rеdаktoru, Müşkül Musаnın "Torpаğındа izim qаlаn Göyçə", Qаçаy Bəhmənoğlunun "O yеrlərin yönü bəri" (2000), "Şair Bəhmən Göyçəli" (2004) kitаblаrının tərtibçisi və ön sözlərinin müəllifidir. Eyni zamanda ayrı-ayrı müəlliflərin, tanınmış adamların həyat və yaradıcılığına həsr edilən "Sazın Ədalət dünyası" (1999), "Müdriklik mücəssəməsi" (2003), "Sizi sevən Sərdaram" (2004), "Əkbər sənətinin işığında" (2004) kimi kitab-toplularda ədəbi-publisist məqalələri dərc olunmuşdur.
Kitabları
- "XX əsr Göyçə aşıq mühiti (1920–1950-ci illər)" Azərbaycan Ensiklopediyası NPB, Bakı, 1997, 124 səhifə.
- "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. 430 səh. şəkilli.
- "Sözün yaddaşı əbədidir". Bakı, "Günəş" nəşriyyatı, 2003, 238 s. tiraj 500.
- "Xatirələrdə yaşayan Əli müəllim", Bakı, "Günəş" nəşriyyatı, 2006, 124 səh.
- İrəvan türklərinin ədəbi mətbuat abidəsi "Lək-lək" jurnalı. Bakı: "Açıq dünya", 2008.
- "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010. səh.320, tiraj 500.
- "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012. səh.80, tiraj 200.
- "Respublikanın əməkdar müəllimi — Akif Bayram", Bakı, "Elm və təhsil", 2013. səh.80, tiraj 200.
- "Azərbaycan dili və nitq mədəniyyəti" (dərs vəsaiti), Bakı, "Ulu", 2015. 236 səh.
- "Azərbaycan dili və nitq mədəniyyəti", təkmilləşdirilmiş nəşr (ali məktəb tələbələri üçün dərs vəsaiti). Bakı, "Ecoprint", 2017, 248 səh. (Akif Bayramov, Allahverdi Hacıyev, Yusif Ağayev ilə ortaqlı)
- "İrəvan ədəbi mühiti (1800 −1920-ci illər)", monoqrafiya. Bakı 2018, ADPU-nun nəşriyyatı, 296 səh., sifariş 124, sayı 100.
- "Mənalı ömrün 80 ili" (Namiq Axundov-80). Bakı, 2020.
Redaktoru, rəyçisi və ön sözün müəllifi olduğu kitablar
- Tərlan Göyçəli, "Göyçə aşıq məktəbi", (elmi redaktoru Z.Məhərrəmov) Bakı-Göytürk, 1998.
- M.Musa "Torpağında izim qalan Göyçə". (Tərtibçi, redaktor, ön sözün müəllifi Z.Məhərrəmov) Azərbaycan Ensiklopediyası NPB, Bakı, 2000, 252 s.
- Q.Bəhmənoğlu "O yerlərin yönü bəri". (Tərtibçi, redaktor, ön söz müəllifi Z.Məhərəmov) Bakı, "Araz" nəşriyyatı , 2000
- "Şair Bəhmən Göyçəli" (Tərtibçi, ön sözün müəllifi, lüğət Z.Məhərrəmov), Bakı, "Təhsil" NRU, 2004, 130 s.
- Ə.Abdullayev "İnzibati Hüquq", (redaktoru Z.Məhərrəmov), Bakı, "Qanun", 2005
- Ə.Eyvazlı "Naxçıvan Qədim türk torpağıdır", (redaktor Z.Məhərrəmov), Bakı, "Elm" nəşriyyatı, Tİ – Mediya şirkətinin mətbəəsi, 2006
- A.Hacıyev, "Böyük siyasətin uğurlu davamı", (redaktor Z.Məhərrəmov), Bakı, "Nərgiz" nəşriyyatı, 2006
- "İrəvan türklərinin ədəbi mətbuat abidəsi "Lək-lək" jurnalı". (Transliterasiyanın, ön sözün və lüğətin müəllifi Z.Məhərəmov) Bakı, "Təknur", 2008. 148 səh. tiraj 300.[4]
- Sərraf Şiruyə, "Seçilmiş əsərləri" V cild (Qoşmalar), (Redaktoru, ön sözün müəllifi Z.Məhərəmov). Bakı, "Nurlan", 2010, səh.272, 500 nüs.
- İlham Pənahov, "Əbədiləşən şəxsiyyət", (Rəyçi: Z.Məhərəmov). Bakı, "Qismət", 2013, səh.240.
- İlham Pənahov, "10 il xalqın xidmətində" (Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 illik fəaliyyəti barədə), (Rəyçi: Z.Məhərəmov). Bakı, "Qismət", 2014, səh.400.
- Mustafa İsgəndərzadə, "Məni yaşadan mühit". Bakı, "Apastrof", 2016.
- Akif Bayram. "Adlı ünvanlı misralar". Bakı, ADPU nəşriyyatı, 2018.
Haqqında yazılanlar
- Qurban Bayramov, "XX əsr Göyçə aşıq mühiti", "Azərbaycan" qəzeti № 155 (1676) 24 iyul 1997-ci il.
- İsmayıl Məmmədov, "XX əsr Göyçə aşıq mühiti", "Ağrıdağ" qəzeti 6–12 may 1998-ci il.
- U.Qaraqızı, "Unudulmaz sazlı-sözlü yurdumuz", "Ekspress" qəzeti № 250 (922), 27 dekabr 2001-ci il.
- İsmayıl Vəliyev, "Alimin ziyası", "Respublika" qəzeti 15 iyul 2006-cı il.
- Zümrüd Qurbanqızı, "Ömrünü hədər yaşamayan insan", "Respublika" qəzeti 17 iyul 2007-ci il.
- Akif Bayramov, "Tarixdən xəbər verən tədqiqat işi", "Yeni Azərbaycan" qəzeti № 124 (3791) 12 iyul 2012-ci il.
- Qurban Bayramov, "İrəvan türklərinin ədəbi mühiti yeni tədqiqatda", "Kredo" qəzeti № 21 (776) 24 may 2014-cü il. səh. 8, 13.
- Qurban Bayramov, "Qərbi Azərbaycan – İrəvan ədəbi mühitinin elmi-nəzəri dərki", "Respublika" qəzeti № 122 (4995) 11 iyun 2014-cü il. səh. 5, 7.
- Akif Bayramov, "Zəhmətkeş alim, yorulmaz tədqiqatçı".Respublika" qəzeti № 114 (5857) 31 may 2017-ci il.
İstinadlar
- "Ziyəddin Həmil oğlu Məhərrəmov". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-25.
- "Mərkəzi Aparat". 2013-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.
- "АВТОР: "Məhərrəmov, Ziyəddin Həmil oğlu"". 2014-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.
- "Литература — iravan.info saytı (sıra sayı:192)". 2014-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-14.
Xarici keçidlər
- Ziyəddin Məhərrəmov ADİA-nın səhifəsində Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine — dia.edu.az saytı
- Магеррамов Зияддин Гамил оглы. Гейчинская ашыгская среда XX века (rus.)
- Гейчинская ашыгская среда XX века. Автореферат Arxivləşdirilib 2014-04-21 at the Wayback Machine (rus.)