Ziyəddin Əliyev

Ziyəddin İsmayıl oğlu Əliyev (27 iyun 1963) — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.[1][2] Əməkdar mühəndis (2017).[3]

Ziyəddin Əliyev
bayraq
Quba Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
2 dekabr 2017 14 iyun 2023
ƏvvəlkiYaşar Məmmədov
Sonrakıİlqar Mahmudov
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyun 1963(1963-06-27) (60 yaş)
Partiya Yeni Azərbaycan Partiyası

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı  — 2017

Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.

Karyerası

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur.[3]

Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır.

1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.[2]

Mükafatları

Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona 20 fevral 2017-ci ildə "Əməkdar mühəndis" fəxri adı verilmişdir.[3]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.