Zivər bəy Əhmədbəyovun abidəsi
Zivər bəy Əhmədbəyovun abidəsi – Bakı şəhərinin Yasamal rayonunda Azərbaycan memarı Zivər bəy Əhmədbəyovun şərəfinə ucaldılan abidə. Abidə "Nizami" metrosunun qarşısında yerləşən Cəfər Cabbarlı küçəsindəki parkda ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.[1]
Zivər bəy Əhmədbəyovun heykəli | |
---|---|
40°22′45″ şm. e. 49°49′48″ ş. u. | |
Ölkə | |
Şəhər | Bakı şəhəri |
Yerləşir | Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi |
Aidiyyatı | Mədəniyyət və Turizm Nazirliyi |
Layihə müəllifi | Natiq Əliyev |
Əsas tarixlər | 26 may 2011 |
Tikilmə tarixi | 26 may 2011 |
Kateqoriya | heykəl |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Tarixi
Abidənin "Nizami" metrosunun qarşısındakı parkda qoyulması üçün yer təsadüfi olaraq seçilməmişdir. Metro stansiyasından sol tərəfdə yerləşən bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tikilmişdir.[2]. Zivər bəy Əhmədbəyov 1918–1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olmuş və şəhərin inkişafında mühüm rol oynamışdı. Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirmişdi.
Park və abidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Parkın və abidənin açılış mərasimi 2011-ci il may ayının 26-da ölkə başçısının iştirakı ilə keçirilmişdir.[3].
Parkın yerləşdiyi ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdə idi. Burada antisanitariya şəraitində fəaliyyət göstərən yeməkxanalar və köşklər yığışdırıldı, Bakının ilk azərbaycanlı baş memarı olan Zivər bəy Əhmədbəyovun adını daşıyan park yaradıldı. Parkın ərazisində çoxlu sayda müxtəlif ağac və gül kolları əkildi, yaşıllıq zolaqları salındı. Parkda müasir tələblərə cavab verən işıqlandırma sistemi qurulmuşdur.
Parkın girəcəyində altı kafkanlı və Zivər bəy Əhmədbəyovun abidəsinin arxasında avtomatlaşdırılmış qurğu ilə idarə olunan müasir üslubda fəvvarələr kompleksi quraşdırılmışdır. Burada paytaxt sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.
İstinadlar
- Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine Открытое письмо от единственного внука Зивер бека Ахмедбекова, 1 iyun2011
- Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine Тарана Мустафаева. В центре Баку строится еще один парk/ 20 may 2011
- Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine Azərbaycan Prezidenti İlham Əliyev Zivər bəy Əhmədbəyov parkının açılışında iştirak etmişdir