Zivər Ağayeva
Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015[1], Bakı) — Azərbaycan şairəsi[2].
Zivər Ağayeva | |
---|---|
Doğum tarixi | 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyun 2015[1] |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | şairə, yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Həyatı
Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olmuşdur[3]. İbtidai və orta təhsilini Hacıqabulda alıb. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirmişdir. "Azərbaycan qadını" jurnalında işləmişdir.
Yaradıcılığı
Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuatda şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub[4].
Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.[2]
Kitabları
- "Özün seç, özün bəyən", 1975
- "İlk baharda gəlmişəm", 1980
İstinadlar
- http://report.az/i-ncesenet/azerbaycanin-taninmis-sairesi-vefat-edib/.
- Azərbaycanın tanınmış şairəsi vəfat edib Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. report.az, 22.06.2015 (az.)
- "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.200
- "Debüt: Zivər AĞAYEVA (Hacıqabul). Yeni şeir" (az.). edebiyyat-az.com. July 11, 2013. İstifadə tarixi: 20-03-2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.