Zirvə
Zirvə — dağ, dağ silsiləsi və ya dağ massivinin ən yüksək hissəsi. Tektonik quruluşundan, onu təşkil edən süxurların litoloji tərkibindən, denudasiya proseslərinin xüsusiyyətlərindən və s. asılı olaraq zirvələr pik, platoyabənzər və s. formada ola bilər. Dünyada ən yüksək zirvə Himalay dağlarında Comolunqma (Everest, 8848 m), Azərbaycan Respublikasında isə Bazardüzüdür (4466 m).
Geomorfoloji termin
Dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Zirvə forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur.[1]
Dünyanın müxtəlif hissələrinin ən hündür zirvələri
Dağlar | Hündürlük, metr. |
---|---|
Everest (Asiya) | 8848 |
Akonkaqua (Cənubi Amerika) | 6960 |
Mak-Kinli (Şimali Amerika) | 6194 |
Klimancaro (Afrika) | 5894 |
Elbrus (Avropa) | 5642 |
Vinson (Antarktida) | 4892 |
Vilhelm (Avstraliya və Okeaniya) | 5030 |
Dünyanın ən hündür zirvələri | metr |
---|---|
Everest (Himalay) | 8848 |
Çoqori (Karakorum) | 8611 |
Kançençanqa (Himalay) | 8598 |
Lxosze (Himalay) | 8485 |
Makalu (Himalay) | 8481 |
Ço-Oyyu (Himalay) | 8188 |
Dxanlaqiri (Himalay) | 8172 |
Manaslu (Himalay) | 8163 |
Naqaparbat (Himalay) | 8091 |
Annapurna (Himalay) | 8078 |
Həmçinin bax
Mənbə
- Новая энциклопедия школьника. Москва, "Махаон", 2016, 383 с.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.