Zirə FK
Zirə FK — Bakının Zirə qəsəbəsini təmsil edən futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Liqasında keçirən komanda 5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer Liqasında iştirak edən "Zirə" bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda bu müddətdə 1 dəfə — 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.
Zirə FK | ||||
---|---|---|---|---|
![]() | ||||
Klubun tam adı | Zirə futbol klubu | |||
Ölkə |
![]() |
|||
Ləqəb(lər) | "Qartallar" | |||
Rəng(lər) | mavi | |||
Yaranma tarixi | 28 iyul 2014 | |||
Stadionu | Zirə İdman Kompleksi[1] | |||
Tutumu | 1 500 | |||
Prezidenti | Taleh Nəsibov | |||
Baş məşqçisi | Rəşad Sadıqov | |||
Liqa | Azərbaycan Premyer Liqası | |||
2022-2023 | 5. | |||
| ||||
Rəsmi saytı |
Stadionu
Zirə ev oyunlarını Zirə İdman Kompleksi -ndə keçirir.[1] Stadion təbii ot örtüklüdür və 1500 nəfər tamaşaçı tutumuna malikdir. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir. Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb. Kompleks Heydər Əliyev fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın beynəlxalq standartlarına uyğun yaradılıb.
Avrokuboklarda
"Zirə" PFK tarixi ərzində 1 dəfə avrokuboklarda iştirak edib. Komanda 2017/18 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edib. "Qartallar" ilk mərhələdə Luksemburqun "Differdanj" komandasını mübarizədən kənralaşdırsa da, 2-ci mərhələdə Rumıniyanın "Astra" komandasına iki oyunun nəticəsinə görə məğlub olub. "Zirə"nin hücumçusu Riçard Qadze isə komandanın avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.
Klub, növbəti dəfə Avrokuboklara 2021/2022-ci il sezonunda vəsiqə qazanmışdır. Həmin mövsümdə komanda, Azərbaycan Premyer Liqasının üçüncü yerinin sahibi kimi buna nail olmuşdur. UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulan Bakının "Zirə FK"-u, bu mərhələdə İsrailin tanınmış klubu olan "Makkabi Təl-Əviv" kollektivi ilə üz-üzə gəldi. Bakıda keçirilən ilk oyunda rəqib komanda 0–3 hesabı ilə qələbə qazandı. 1 həftə sonra İsraildə keçirilən oyunda isə qapılara qol vurulmadı 0–0.
UEFA Avropa Liqası | |
---|---|
Mərhələ | Oyun |
2017/18 mövsümü | |
I təsnifat mərhələsi | Zirə PFK 2–0 Differdanj |
Differdanj 1–2 Zirə PFK | |
II təsnifat mərhələsi | Astra 3–1 Zirə PFK Zirə PFK 0–0 Astra |
UEFA Konfrans Liqası | |
2021/22 mövsümü | |
II təsnifat mərhələsi | Zirə PFK 0–3 Makkabi Təl — Əviv |
Makkabi Təl — Əviv 0–0 Zirə PFK |
Liqa və kuboklarda
- Azərbaycan Topaz Premyer Liqası
- Azərbaycan Premyer Liqası
- Azərbaycan Kuboku
- UEFA Avropa Liqası
- UEFA Konfrans Liqası
Azərbaycan Premyer Liqasın
Gümüş medal (1) — 2015/2016
Bürünc medal (1) — 2021/2022
Azərbaycan Kuboku
Gümüş medal (1) — 2021/2022
Heyəti
- 10 sentyabr 2021 ci il tarixində yenilənib
|
|
Baş məşqçi: Rəşad Sadıqov
Statistik məlumatlar
Futoblçu | Keçirdiyi oyun | |
---|---|---|
1 | Adil Nağıyev | 103 |
2 | İlkin Muradov | 96 |
3 | Vüqar Mustafayev | 89 |
4 | Viktor İqbekoyi | 88 |
5 | Anar Nəzirov | 86 |
6 | Yovan Krneta | 83 |
7 | Təmkin Xəlilzadə | 78 |
8 | Tellur Mütəllimov | 71 |
9 | Vüsal İsgəndərli | 68 |
10 | Sadiq Quliyev | 67 |
Futbolçu | ||
---|---|---|
1 | Nelson Bonilla | 17 |
2 | Riçard Qadze | 15 |
3 | Xulio Sezar Rodriges | 15 |
4 | Davit Valkov | 11 |
5 | Aslan Hüseynov | 10 |
6 | Milan Duriç | 9 |
Məşqçi | Çalışdığı müddət aralığı | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|
I divizion | |||||||||
Bəhram Şahquliyev | 22 | 13 | 5 | 4 | 36 | - | 12 | 44 | 28.07.2014–05.04.2015 |
Premyer Liqa | |||||||||
Adil Şükürov | 65 | 30 | 15 | 20 | 79 | - | 66 | 105 | 07.04.2015–27.12.2016 |
Ayxan Abbasov | 51 | 22 | 16 | 13 | 62 | - | 51 | 82 | 27.12.2016–29.08.2018 |
Samir Abasov | 37 | 12 | 10 | 15 | 41 | - | 47 | 46 | 29.08.2018–08.10.2019 |
Zaur Həşimov | 16 | 6 | 4 | 6 | 24 | - | 28 | 22 | 09.10.2019–30.06.2020 |
Rəşad Sadıqov | 33 | 11 | 15 | 7 | 37 | - | 32 | 48 | 17.07.2020 — |
İstinadlar
- Elgiz, Abbasov. "Böyük futbol Zirədə: "Məqsəd - peşəkar komanda formalaşdırmaqdır"". pfl.az. 2014-09-08. 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
Xarici keçidlər
- Zirə FK Rəsmi sayti (az.)