Ziqfrid xətti
Ziqfrid xətti (Almanca: Siegfriedstellung) birinci dünya müharibəsi zamanı-1916–17-ci illərdə Almanlar tərəfindən şimali Fransada tikilmiş istehkam xəttidir. İngiliscə bu termin dedikdə 1930-cu illərdə Fransanın Maginot xəttinin daha da şərqində inşa edilən ikinci dünya müharibəsi dövründəki "Qərb divarı" nəzərdə tutulur. Ziqfrid xəttini 630 km-dən çox uzanır və 1800 sığınacaq, tunellər və tank tələlələri ilə təchiz edilmişdir. Xətt Niderland sərhəddindəki Klevedən başlayaraq Alman imperiyasının qərb sərhədləri boyu, oradan da İsveçrə ilə sərhəd olan Weil am Rhein şəhərinə qədər davam edirdi.
- 1936-da tikilməsinin planlaştırılmasına baxmayaraq 1938–1940-cı illərdə inşa edilmişdir.
- 1944–1945-ci illərdə Ziqfrid xətti əsasən Amerikanlar olmaqla (100000-dən çox əsgər) müttəfiqlərin güclü hücumlarına məruz qaldı. Yekunda Amerikanlar 140 minə yaxın əsgər itirmişdi, Almanlar isə dəqiq məlum deyildir.
"Qərb divarı" adının mənşəyi
- Almanca "Qərb divarı" , ingiliscə "Ziqfrid xətti" adlandırılan bu istinad divarı 1930-cu illərin sonlarına qədər müxtəlif adlarla hissə hissə inşa edilmişdir.
- Bu proqramların hamısı bütün mövcud resurslardan istifadə edilərək yüksək texnologiya ilə inşaa edilmişdir. "Qərb divarı" adının kökəni bilnmir, amma 1929-cu ilin ortalarından etibarən çox içlənməyə başlanmışdır. Adolf Hitlerin 20 may 1939-cu ildə buradakı əsgər və işçilərə təlimatlar göndərməsi haqqında bir səsyazma vardır.
İnşası
- istehkamlar ilkin olaraq özəl firmalar tərəfindən inşa edilirdi, lakin tələb olunan işçilərin armasını bu firmalar təmin edə bilmədiyinə görə Todt təşkilatı bu boşluğu doldurdu.[1] Bu təşkilatın köməyi ilə eyni anda 500000-ə qədər əsir eyni anda Ziqfrid xəttində işləyirdi. Materialların çatdırılması birinci dünya müharibəsi dövründə Almaniyanın qərbində qurulmuş, inkişaf etmiş və strateji əhəmiyyətli Deutsche Reichsbahn dəmiryolu vasitəsilə həyata keçirilirdi.[2]
- İş şəraiti çox ağır idi.[3] Ağır tonnajlı parçaların qaldırılması üçün primitiv alətlərdən istifadə edilirdi. İşçilərin həyatları daim təhlükə içində olurdu. Bəzi işçilər inşaat bitdikdən sonra medallarla mükafatlandırılmışdır.
İstinadlar
- Kaufmann JE, Kaufmann HW: "Fortress third Reich", page 134. DA Capo Press, 2003.
- Atkin, Ronald (1990). Pillar of Fire: Dunkirk 1940. Edinburgh: Birlinn Limited. p. 28. ISBN 1 84158 078 3
- Kaufmann JE, Kaufmann HW: "Fortress third Reich", page 130–5. DA Capo Press, 2003
- en.wikipedia.org/wiki/Siegfried_Line
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.