Zinobiani
Zinobiani (gürc. ზინობიანი) və ya əvvəlki adı ilə Oktomberi (gürc. ოქტომბერი, 1938–2010-cu illər) — Gürcüstanda, Kaxeti diyarının Kvareli bələdiyyəsində kənd. 1920-ci illərdən udinlərin əsas yığcam yaşayış yerlərindən biri olmuşdur.
Zinobiani | |
---|---|
41°53′49″ şm. e. 45°55′59″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 340 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Kənd 1922-ci ildə, indiki Azərbaycanın Oğuz şəhərindən olan və 1918–1920-ci illərdə Azərbaycan–Ermənistan münaqişəsindən yayınmaq üçün Gürcüstana gələn ortodoks udinlər tərəfindən yaradılmışdır. Köçürülməyə Zinobi Silikaşvili rəhbərlik etmişdir. 1922-ci ildə gələn köçkünlərin ilk qrupu məskunlaşmaq üçün yer seçmiş, 1924-cü ildə daha 22 ailə orada məskunlaşmışdır. Silikaşvili 1938-ci ildə həbs edilərək edam olunmuşdur.[1]
Əhalisi
1989-cu il siyahıyaalınmasına əsasən, Gürcüstanda udinlərin sayı 93 nəfər idi. XXI əsrin əvvəllərində kənddə 50-yə yaxın udin təsərrüfatı və ya 300-ə yaxın insan var idi.[2] 2002-ci ilin siyahıyaalınmasına əsasən, 412 kənd sakininin 49 faizini gürcülər, 49 faizini udinlər (203 nəfər) təşkil edirdi.[3]
Gürcü mühitində yaşayan Zinobiani udinləri əhəmiyyətli dərəcədə assimilyasiyaya məruz qalmışdılar. 1950-ci illərə qədər kəndlilərin nikahları yalnız udnilər, o cümlədən Nic və Oğuzdan olanlar arasında bağlanırdı. 1950-ci illərdən gürcülərlə əlaqələr daha da intensivləşmişdi. Buna səbəb çünki icbari orta təhsilin tətbiqi ilə əlaqədar udin şagirdlərin qonşu gürcü kəndinə getməyə başlaması idi. Odur ki, həmin dövrdə Zinobianinin özündə sadəcə bir dənə səkkizillik məktəb var idi. SSRİ-nin dağılmasından sonra Zinobiani əhalisinin Azərbaycandan olan udinlərlə əlaqəsi azalmış və assimilyasiya prosesi güclənmişdir. Udinlər adətən gürcülərlə evlənməyə başlamışdır. Roland Topçişvilinin qeydlərinə görə, kənddə yaşayan 122 nikahlı cütlükdən 70-də qadınlar udin (onlardan 49-u Zinobiani, digərləri Nic və Oğuz sakinləri olmuşdur), 47 keysdə isə qadınlar gürcü idi.[4]
İstinadlar
- "Силикашвили Зиновий Андреевич". ru.openlist.wiki (rus). 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
- "The Udi language represents a marginal Lezgian (Southeast Caucasian) language". 2008-06-04. 2008-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
- Georgia, Government of, English: Census of village population of Georgia (PDF), 2002, 2016-10-18 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2021-06-02
- Topchisvili, Roland. "The Udis - Historical – ethnological study". 2007-10-29. 2007-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.