Zinaida Stalitenko-Turçina
Zinaida Stalitenko-Turçina (qızlıq soyadı: Stalitenko; d. 17 may 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Zinaida Stalitenko, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal, 1988 Seul Olimpiadasında isə bürünc medal qazanıb. Zinaida Stalitenko, həmdə Dünya Çempionatlarında 2 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.
Zinaida Stalitenko | |
---|---|
Ümumi məlumatlar | |
Tam adı | Zinaida Mixaylovna Stalitenko |
Doğum tarixi | |
Doğum yeri | Kiyev, Ukrayna |
Vətəndaşlığı | Ukrayna |
Mövqeyi | Meydan oyunçusu |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Zinaida Stalitenko 17 may 1946-cı ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Zinaida Stalitenko ailəlidir, Nataliya (d. 1973) adında bir qız və Mixail (d. 1981) adında bir oğlan övladı var. Onun, həyat yoldaşı həndbol üzrə Sovet İttifaqının yığmasının 1973-1988-ci illərdə baş məşqçisi olan İqor Turçindir.
Karyerası
Zinaida Stalitenko, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Zinaida Stalitenko növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Zinaida Stalitenko sonuncu, üçüncü dəfə Olimpiya Oyunlarına, 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, Norveç yığması ilə 19:19 hesablı bərabərə qaldı və XXIV Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.